Beyləqanda quruculuq –abadlıq işləri müsbət tendensiyalarla müşayiət olunur

27-07-2018, 01:34 513 dəfə baxılıb

Beyləqanda quruculuq –abadlıq işləri müsbət tendensiyalarla  müşayiət olunur


2018-ci ilin 1-ci yarımilində bütövlükdə respublikada olduğu kimi, Beyləqan rayonunda da sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində görülən işlər qənaətbəxş olmuş, sosial-iqtisadi infrastruktur layihələr yüksək səviyyədə icra edilmiş, işsizlik səviyyəsi azaldılmış, aqrar və sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstək göstərilmiş, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində əməli addımlar atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların yerlərdə səyyar qəbulu -görüşlərin keçirilməsi və onların problemlərinin yerlərdə dinlənilməsi məqsədilə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev hüquq - mühafizə orqanları rəhbərləri, rayonun aidiyyəti idarə müəssisə və təşkilat rəhbərləri ilə birgə rayonun kənd və qəsəbə sakinləri ilə vaxtaşırı olaraq görüşlər keçirir. Rayon rəhbəri problemlərlə yerində tanış olur və onların həlli istiqamətində öz göstəriş və tapşırıqlarını verir.
KİV nümayəndələri üçün də açıq olan belə görüşlərdə müşahidə olunmuşdur ki, çıxış edən vətəndaşlar bu günkü sabitliyə və inkişafa görə ölkə Prezidenti İlham Əliyevə təşəkkür edir, dövlət başçısının qayğılı münasibətini onlara ötürən rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
V.Abdullayevin birbaşa nəzarəti altında Beyləqan şəhərində və rayonun qəsəbə və kəndlərində göz oxşayan abadlıq-quruculuq işləri həyata keçirilmiş və keçirilməkdədir.

Rayonun mərkəzi parkında əvvəllər mövcud olmuş pərakəndə iaşə xidməti və satış nöqtələri yığışdırılmış, sakinlərin asudə vaxtlarını keçirməsi, uşaqların əylənməsi üçün daha geniş meydan, daha rahat şərait yaradılmışdır. Əsasən daxili imkanlar hesabına mərkəzi küçələrdə asfalt örtüyünün, piyada səkilərinin, onları ayıran bardürlərin vəziyyəti daim diqqətdə saxlanılır, yaşıllıqların qorunması və artırılmasına xüsusi fikir verilir. Əhalinin elektrik enerjisi, qaz və su ilə təminatı məsələsinə ciddi yanaşılır. Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun təmin edilməsi üçün tədbirlər görülməsi, iri fermer təsərrüfatlarının dəstəklənməsi davam etdirilir.

V.Abdullayevin başçılıq etdiyi Beyləqan rayon İcra hakimiyyəti fermer və sahibkarların, o cümlədən, kənd təsərrüfatının prioritet istiqamətlərindən sayılan pambıq istehsalçılarının da qayğı və problemlərini diqqət mərkəzində saxlayır, vaxtaşırı olaraq pambıqçı fermerlər, icra nümayəndələri, bələdiyyələr, rayonda fəaliyyət göstərən Pambıqtəmizləmə zavodunun əməkdaşları, aqronomların iştirakı ilə iclaslar keçirir. Məhz belə iclaslarda aparılan maariflənmə işlərinin müsbət nəticəsidir ki, Saatlı,Tərtər və İmişli rayonlarında baş vermiş pambıqçılarının zəhərlənməsi kimi xoşagəlməz hadisələr Beyləqanda təkrarlanmamışdır.

İclaslarda cənab V. Abdullayev pambıq bitkisinin becərilməsində istifadə edilən dərman pereparatlatıyla ehtiyatlı davranmağı, qaydalara düzgün riayət etməyi, diqqətli olmağı tapşırır, insanların məşğulluğunun təmin edilməsində Pambıqçılığın əhəmiyyət kəsb etdiyini vurğulayır, sahələrdə pambıq becərilməsiylə məşğul olan briqadalarla mütəmadi əlaqə saxlanılaraq hər gün vəziyyəti diqqətdə saxlamağı tövsiyə edir. RİH başçısı cənab V.Abdullayev həmişə elm və mədəniyyət adamlarının, yaradıcı insanların yanında olmuş, onların iştirakı ilə yaddaqalan tədbirlər keçirmişdir. Belə əhəmiyyətli tədbirlərdən biri də 7 iyun 2018-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin təşkilatçılığı ilə Beyləqanda VIII Beynəlxalq Şairlər Gününə həsr olunmuşdu.

Vaqif Abdulayev XII əsrin klassik şairi Mücirəddin Beyləqaninin yurduna başçılıq etdiyini bir an olsun belə unutmur, bu gün Beyləqanda yaşayıb fəaliyyət göstərən iyirmiyə yaxın Azərbaycan Yazıçılar Birliyinin üzvünə hörmət və qayğı ilə yanaşır.

Rayonun və ümumiyyətlə, respublikanın ziyalı ictimaiyyəti təsdiqləyir ki, bu meyl Vaqif müəllimin özünün alimlik xislətindən irəli gəlir. Di gəl, çox əfsuslar olsun ki, son vaxtlar bəzi araqarışdırıcı kütləvi informasiya vasitələri Vaqif müəllimin məhz alimliyinə şübhə ilə yanaşan "ekspertlərin" yazılarını dərc etməklə gündəmi zəbt etməyə çalışdılar.

Sadiq oxucularımız xatırlayarlar, saytımızda bu məsələyə münasibətimizi ifadə edən əlahiddə yazı gedib.

Əlbəttə, əsassız, mənasız sözlərlə sensasiya yaratmaq məqsədi güdən həmin boşboğaz medianın arzusu puç oldu. Çünki xalq ağı qaradan, yaxşını pisdən seçməyi bacarır və ictimai-siyasi sabitliyi pozmağa hesablanmış belə provakasiyalara baş qoşmayacaq.

azerinfo.tv


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR