İNTERNETDƏ QADIN JURNALİSTLƏRİ HƏDƏFƏ ALAN TROLLAR:Zərif cinsi virtual cəbhə xəttinə təkbaşına göndərmək olmaz

24-08-2018, 14:07 434 dəfə baxılıb

İNTERNETDƏ QADIN JURNALİSTLƏRİ HƏDƏFƏ ALAN TROLLAR:Zərif cinsi virtual cəbhə xəttinə təkbaşına göndərmək olmaz



Hanna Storm,

Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutunun direktoru

“Project Syndicate”



İnternetin xəbərin toplanması və paylaşılmasında doğurduğu inqilabdan əvvəl jurnalistlər nadir hallarda virtual zorakılıq təhdidindən narahat olurdu. Onların qarşılaşdıqları əsas risklər bu idi: fəlakət və münaqişə barədə məlumatlarla bağlı fiziki və psixoloji təhlükə. Amma bugünkü medianın döyüş meydanı onlayndır və indi qələm sahibləri həmişəkindən daha çox “atəş altında” qalırlar. İlk növbədə, qadınlar.

İngiltərədə fəaliyyət göstərən “Demos” Araşdırma Mərkəzinin məlumatına görə, qadın jurnalistlər, kişi həmkarları ilə müqayisədə, Twitter-də hədəfə alınaraq üç dəfə daha çox təhqiramiz şərhlərlə üzləşirlər; üstəlik, canilər tez-tez seksual dildən (məsələn, “fahişə” və “şortu” kimi sözlərdən) istifadə edirlər.

2016-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) mətbuat sahəsində çalışan qadınların beynəlxalq səviyyədə və qeyri-proporsional olaraq cinsi təhlükələrlə məruz qaldığını göstərən araşdırmanı açıqlayaraq, şəbəkə sui-istifadəsinin onların təhlükəsizliyinə və internetdəki gələcək fəaliyyətlərinə birbaşa təsir etdiyini bildirib.

Mətbuat sahəsində çalışan qadınlara qarşı zorakılıq təhdidi tez-tez ailə üzvlərinə də şamil olunur və hücumların intim təbiəti, peşəkar redaksiya parametrləri xaricində, şəxsi qurğularda (fərdi kompüterlərdə) olduğu kimi, onların təsirini də artırır. Burada təhlükəsizliyin virtual, fiziki və psixoloji cəhətdən ön planda tutulduğunu görürük.

Bu rəqəmsal eybəcərlik özlüyündə yeni təzahür olmasa da, qadınsevməzlik avazı yüksəlir. KİV rəhbərləri bu tendensiyanı ciddi şəkildə qəbul etməyinə qədər, qadın jurnalistlər susdurulacaq.

Qadın jurnalistlərin tez-tez internetdə hədəfə alınmasının başqa bir üsulu onların işinə və ya nüfuzuna zərbə vurmaqdır. Halbuki qadınların senzuraya məruz qalması və müəyyən, o cümlədən haqlarına əsaslanan və marginal icmalara təsir edən məsələlər barədə yazılı şəkildə məlumat verməkdən vaz keçmələrinə dair sübutlar çoxdur. Bununla birlikdə, həssas olanların səsləri də kəsdirilib.

Əlbəttə, bəzi qadınlar zorakılığa qarşı mübarizə aparır və trolların qalib gəlməsini istəmirlər. Məsələn, insan haqları məsələlərini əhatə edən işi ilə bağlı “online” və “offline” təhlükələrə məruz qalan İsveç-yunan jurnalisti Aleksandra Paskalidu öz təcrübəsini açıqlayıb və hətta özünə qarşı zorakı təşviqat kampaniyasına qatılan bir neonasisti əfv edib.

Keçən il keçirilmiş “News Xchange” mətbuat konfransında danışan Paskalidu özü və digər qadın jurnalistlərin dözməli olduğu sui-istifadə hallarına diqqət çəkməni “mühüm vəzifəsi” adlandırıb. “Bizə özümüz kimi daha çox insan gərəkdir. Az olduqda, bizi qorxutmaq daha da asanlaşır”.

CNN-nin sabiq hərbi müxbiri Mariya Ressa eyni dərəcədə oxu atıb yayı gizlətmir. Filippindəki onlayn xəbər qurumu olan Rappler.com-un təsisçisi 2016-cı ildən etibarən cinsi qısnamaya məruz qalır. Ressa aldığı ölüm təhdidlərinin sayını itirib, fiziki münaqişəni əhatə edən təcrübə ona və “Rappler”li həmkarlarına qarşı yönəldilmiş şiddətin miqyasını əks etdirir.

O, onlayn təqibin şiddətini qəbul edən media liderləri üçün plan kimi xidmət edə biləcək strategiya ilə mübarizə aparır. Ressanın istifadə etdiyi taktikalardan biri ismarışçıları müəyyən etmək üçün tədqiqat jurnalistikasıdır; bu, ictimai media platformalarından sui-istifadə etməyə qarşı mübarizə aparmaq və qurbanlara olan psixoloji təsirini etiraf etmək üçün daha yararlı üsuldur.

Təəssüf ki, internetdə zorakılığa məruz qalmış qadın jurnalistlərin əksəriyyəti şəbəkədə onlara meydan oxuyan ittihamçılara qarşı daha yuxaürəkli davranırlar. Nüfuz, hörmət itirmə və ya hətta fiziki zərər qorxusu güclü, ləyaqətli təpkini utanc mədəniyyətinə təslim edir.

Bu çəkinmə başadüşüləndir; “trollarla söz güləşdirmə yalnız onlayn nifrət oduna yağ tökür” dəlilində müəyyən həqiqət var. Amma səssiz qalmaqla, hədəflər və onların tərəfdarları ikiqat zərər çəkirlər: əvvəlcə, təcavüzkarın sözləri və hərəkətləri ilə; ikincisi, cavab verməyin gücsüzlüyü ilə.

Bu, rəqəmsal zəmanədə yenilənmiş gender dinamikasının köhnə dəbli formasıdır.

Tanıdığım qadın jurnalistlərin əksəriyyəti onlayn senzuranı qəbul edirlər. Müdirlərin təzyiqinə baxmayaraq, – auditoriyaya “bağlı” qalmaq üçün, – onlar Twitter, Facebook və Instagram kimi ictimai media platformalarını tərk ediblər. Bu qadın jurnalistlər üçün artıq rəqəmsal dünya yoxdur. Amma qadın jurnalistlər öz karyeralarının başlanğıcında ictimai mediadan imtina qərarı ilə peşə və reputasiya risklərinə yol verirlər. Sadə izahla, onlayn təcavüzkarlar qadınları qeyri-münasib seçimə məcbur edir.

Bəzi media rəhbərlərinin gender bərabərliyinin artırılmasına yönəldiyinə dair bir çox məlumatlara baxmayaraq, bir çoxları onlayn qısnamalara layiqli diqqət yetirmirlər. Bir çox yüksək səviyyəli, əsasən kişi media sənaye rəhbərləri ilə bu məsələni müzakirə edərkən, əksəriyyət qadın həmkarlarının rəqəmsal məkanda təhlükə hiss etdiyini eşidib şoka düşdülər. Xatırladaq ki, administratorlar bu problemi necə həll etmək üçün kifayət qədər cavab tapmayıblar.

Məlumatsızlıq qismən qadınların onlayn təcrübələrini minimuma endirmə ilə bağlıdır; bir çoxları şəbəkədə yazdıqları rəyin iş vəziyyətinə mənfi təsir göstərəcəyinə inanır. Məsələn, bir qadın həmkarım mənə dedi ki, onun “təhdid” təhlükəsi yoxdur, yalnız “zorlanma təhdidi” alıb, bu isə hər halda, rəfiqəsinin aldığı ölüm təhlükəsi mesajı deyil. Başqa bir həmkar rəqəmsal zorakılıq təcrübəsini ciddi şəkildə qəbul etmir, çünki bu “real dünya”da baş vermir.

Qadınları buna görə günahlandırmaq mümkün deyil, lakin jurnalistlərin təhlükəsizliyinə cavabdeh olan rəhbərlərindən daha çox şey tələb edə bilərik. Hazırda bir çox media quruluşu problemi həll etməkdə acizdir və əgər bu, daha çox qadının media sənayesindən uzaqlaşmasına səbəb ola bilər, jurnalistika artıq yalnız kişilər üçün perspektiv kimi qavranılacaq.

Ənənəvi olaraq gərgin xəbər qaynaqları (müharibə zonaları kimi) açıq-aydın səbəblərə görə ictimaiyyət və media rəhbərləri üçün maraqlıdır. İnternetdə təcavüzə dair həyəcan jurnalistlərin üzləşdiyi təhlükələrin azalmaması deməkdir. Hər bir qadın jurnalistin rəqəmsal döyüşdə də yaralanmanın mümkünlüyünü bilir. Qadınlar virtual cəbhə xətlərində belə xəsarət ala bilərsə, onların təkbaşına döyüşə göndərmək olmaz.



Tərcümə: Strateq.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR