Beyləqan Təhsil şöbəsinin müdirinin korrupsuya piramidası-FAKTLAR

28-03-2019, 09:36 502 dəfə baxılıb

Beyləqan Təhsil şöbəsinin müdirinin korrupsuya piramidası-FAKTLAR

Asif Ağayev Beyləqana icra başçısı təyin olunanda Şamaxı rayon icra hakiiyyətində çalşan
dostumla telefonla əlaqə saxladım. Dostum dedi ki, Asif Ağayev Şamaxıda işlədiyi müddət
ərzində elə bir gün olmayıb ki, rüşvətxorluğu və korrupsionerliyi barədə mediada yazı getməsin.
O, eyni zamanda qeyd etdi ki, “bu yazıların hamısını oxumuşam və həmin yazılarda heç bir
yalana rast gəlmədim.”Bəli, Şamaxıda qazandığı bu qazanclı təcrübəni Beyləqanda tətbiq edən
Asif Ağayev rayona başçı təyin edilməsindən iki ay keçmiş Təhsil şöbəsinin müdirini dəyişdi.
Vaqif Abdullayevin zamanında təhsil şöbəsinin müdiri uğrunda gedən rüşvət mübarizəsində
Xuraman Rüstəmovaya uduzmuş Tahir Həsənovu (İrşad Əliyevə verdiyi rüşvət müqabilində
Füzulu rayonuna məxsus məktəbin direktorluğundan sıçrayışla Təhsil İşçiləri Həmkarlar
İttifaqları Beyləqan rayon Komitəsinin sədri vəzifəsinə gətirilib.) Şahidlərin dediyinə görə, Tahir
Həsənov heç Beyləqan təhsil işçiləri həmkarlar təçkilatın üzvü belə, olmadığı halda, “Həmkarlar
təşkilatları haqqında Qanun”un bütün maddələri pozmaqla vəzifəyə gətirilib. Bu qanun
pozuntusu rayon müəllimlərinin ciddi etirazlarına səbəb olsa da, AHİK-nin yuxarı qatında
əyləşən bosslar bu etirazlara heç əhəmiyyət belə, verməyiblər.
Redaksiyamıza müraciət edən mənbənin məlumatına görə, Asif Ağayevin “xeyir-duası” (
mənbəmiz bu “xeyir-duanın” Tahir Həsənova xeyli miqdarda ( yəni 100 min manat) rüşvət
hesabına başa gəlib. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə dekabrda təyin edilən
Tahir Həsənov isə hələ ki, rayonun təhsil sahəsinə heç bir yenilik gətirməyib, o da özündən
əvvəlki müdir Xuraman Rüstəmova kimi, yalnız müxtəlif vasitələrlə məktəblərdən rüşvət
yığmağa başlayıb.
Cahan.info- da öz səhifəsində Tahir Həsənovun üç aylıq fəaliyyətindən bəhs edən məqalədə qeyd
edir ki, Beyləqan təhsilini bərbad kökə salan Xuraman Rüstəmovadan sonra heç bir dəyişiklik
nəzərə çarpmır. Sayt Rayon təhsil şöbəsində müdir müavini vəzifəsində 25 ildən çoxdur lövbər
salmış Hüsaməddin Babayevin bundan əvvəlki müdirlərin dövründə olduğu kimi, yenə də
hegemonluq etdiyindən xəbər verir. Mənbə qeyd edir ki, Hüsaməddin Babayev olduqca çətin və
qalmaqallı kadrdır. Bir müddət əvəvlki məlumatda bildirilirdi ki, Hüsaməddin Babayevin şöbəyə
müdir əvəz etdiyi qısa müddət ərzində qaz vurub, qazan doldurub, xeyli qazanc əldə etmək
məqsədilə məktəb direktorlarının başında “turp əkib”. Təhsil Şöbəsinin müfəttişləri Suliddin
Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərini kütləvi
şəkildə yoxlamaqla həm özlərinin, həm də müdir əvəzinin boş ciblərini doldurmaqla məşğul
olublar. Rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan bu yoxlama
kampaniyası əsasən, pul toplamaq tələsidir. Mənbənin dediyinə görə, hər üç müfəttiş
"yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq, müdir əvəzinin
göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" tələb edirlər.
Kənd məktəblərinin xərcə düşmüş direktorları müdir müavini Hüsaməddin Babayevin təşkil
etdiyi yoxlamanı öz aralarında "P əməliyyatı" adlandırırlar. Hüsaməddin Babayevin, məktəb
direktorlarının təbirincə desək, "P əməliyyatından" guya, rayon təhsil şöbəsinin müdiri Tahir
Həsənovun xəbəri yoxdur. Əslində isə, Hüsaməddin Babayevin məktəblərdə “meydan
sulamasına” xeyir-duanı verən də təhsil şöbəsi müdirinin özüdür. Bu üsulla müdir həm özünü
sığortalayır, həm də çevik və çətin idarə olunan müavinini nüfuzdan salıb, onun hökmranlığına
son vermək və təhsil şöbəsində fırlanan rüşvət çarxını “vahid pəncərə” sisteminə keçirib, hər
qəpiyi belə, əlində cəmləşdirməyə çalışır.
Media Beyləqan təhsil şöbəsinin yeni müdirinin Tahir Həsənov olacağı barədə hələ çox əvvəllər
yazmışdı. Bildirilirdi ki, bu şəxs Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar Təşkilatının müdiri
Tahir Həsənovdur. Bu həmin Həsənovdur ki, həmkarlar təşkilatının sədri vəzifəsində işlədiyi
müddət ərzində hər ay saxta iclas protokolları tərtib edərək, xeyli təhsil işçilərinin adlarına külli
miqdarda mükafat yazaraq mənimsəmiş və bu yolla pul toplayaraq, təhsil şöbəsinin müdiri
vəzifəsini ələ keçirib, daha çox pul qazanmaq şansı əldə edib. Sanatoriya yollayışlarını təhsil
işçilərinə pulla satan sədr onların hər birində yollayışın dəyərinin 15 faizi əvəzinə, 40-50 faiz pil
alıb mənimsədiyi qeyd edilir. Əgər Təhsil İşçiləri Həmkarlar İttifaqları Beyləqan rayon
Komitəsinin son 10 illik fəaliyyəti, xüsusən Tahir Həsənovun saxta yolla, mövcud qanunları
pozmaq hesabına sərd kimi fəaliyyət göstərdiyi dövr hüquq-mühafizə orqanları tərəfindən
yoxlanılarsa, o zaman kifayət qədər ciddi pul vəsaitlərinin mənimsənilməsi aşkar olunması və T.
Həsənovun rayon təhsil şöbəsinin müdiri kreslosunda yox, cəzaçəkmə müəssisəsində həbsdə
oturmalı olması asanlıqla məlum olar. Yəni həmkarlar təşkilatının sədri işlədiyi dövrdə Tahir
Həsənovun ən çox qaz vurub, qazan doldurduğu dövr hesab etmək olar. Sədr maliyyə
maxinasiyalarını pərdələmək məqsədi ilə müəllimlərin və ziyalıların xırda bir qrupunu ölkənin
müxtəlif istirahət guşələrinə bir günlük gəzməyə apararaq, tərtib etdiyi saxta sənədlərdə müddəti
artırmış, bu barədə saxta sənədlər toplayaraq, həmin sənədlərə əsasən külli miqdarda pulu
mənimsəyib.
Keçmiş təhsil şöbəsi müdiri mərhum Tofiq Sadıqov özü haqqında mediada yayılan məlumatların
bir çoxununun mənbəyi kimi, Tahir Həsənovun olduğunu müəyyən etmişdi. Hazırda da onun bir
neçə sayt rəhbəri ilə daimi əlaqədə olduğu və hər ay onlara 500-1000 manat pul verməsi barədə
məlumatlar var. Hazırda müdir müavini də eyni metoddan Tahir Həsənovun özünə qarşı istifadə
etdiyi deyilir. Tahir Həsənov haqda ən maraqlı faktlar isə, məktəb direktoru vəzifəsində işlədiyi
zaman xeyli insana attestat satmaq və həmkarlara sədr vəzifəsinə gətirilərkən təşkilatın komitə
üzvlərinin səsverməsi ilə seçməməsi, sədr işlədiyi müddətdə saxta tərtib olunmuş sənədlərlə pul
mənimsəməsi, verilmiş sanatoriya yollayışlarını baha qiymətə satmasıdır. Əslində, Tahir
Həsənovu Beyləqan təhsili ilə bağlayan heç bir şey yoxdur, çünki onun bütün pedaqoji fəlayyəti
Füzuli rayon təhsil sistemində çalışıb.
Füzuli rayonunun 55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin
Həmkarlar İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.
Beyləqandakı mənbə cumhuriyyet.az-a bu proses haqda da maraqlı faktlar söylədi: “Tahir
Həsənovun Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına
sədr gətirilməsi birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub.
O bu prosesin sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi
düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən
birbaşa Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon
təşkilatının sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir.
Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik.
Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi
prosesi çox müəmmalar yaradır.
Göründüyü kimi, Beyləqanın nə yeni icra başçısı, nə yeni təhsil şefi heç də yeni və kristal kadrlar
hesab olunmurlar.
Onların keçmiş fəaliyyəti haqda kifayət qədər qaranlıq məqamlar, iddialar var.
Qarşı tərəfi dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR