Ögey atanın döydüyü qız rayondan Bakıya qaçdı və … (VİDEO)

8-10-2015, 10:34 897 dəfə baxılıb

Ögey atanın döydüyü qız rayondan Bakıya qaçdı və … (VİDEO)













Paytaxtın Binəqədi rayonunda yaşayış binalarından birinin qarşısında yerdə uzanmış vəziyyətdə yeniyetmə qız aşkarlanıb

ANS TV-nin məlumatına görə, Biləcəri qəsəbəsində yaşadığı binanın girişində yerdə uzanan qızı görən Elçin ona yardım etməyə çalışıb. Qıza bir neçə sual verdikdən sonra onun evdən qaçdığı məlum olub. Daha sonra ANS-in qaynar xətti ilə əlaqə saxlayıb.
Paytaxt sakini Elçin Qarayev qızı binanın qarşısındakı oturacaqda əşyaları ilə birgə əyləşdiyini və gecəni də elə burada keçirmək fikrində olduğunu bildirib. Məlum olub ki, binanın girişində gecələyən qız 14 yaşlı şərti adı Rəhimova Xatun Məzahir qızıdır. O paytaxta Bərdə rayonundan gəlib. Daha doğrusu qaçıb. Dediyinə görə, evdən qaçmasının səbəbi atalığı ilə yola getməməyidir. Doğma atası ilə anası hələ uşaq ikən ayrılıblar. Ailədə 2 bacı olublar. Məhkəmənin qərar ilə kiçik bacısı hal-hazırda Kürdəmirdə yaşayan atasının, Xatun isə anasının himayəsində qalıb. 5 il əvvəl anası Şahnaz Qazıyeva özündən 20 yaş böyük 50 yaşlı İntizam adlı şəxlə tanış olub. Elə o vaxtdan da Xatunun pis günləri başlayıb. Deyir, atalığı hər onu görəndə deyir ki, səni görəndə elə bil başıma qaynar su tökürlər. Sanki, sənin atanı görürəm evimdə.
Onunla söhbət zamanı bədəninin müxtəlif nayihələrində bir neçə xəsarət izlərini göstərdi. Dediyinə görə, daha evə qayıtmaq fikri yoxdur. Hər şeydən ötrü döyülmək, söyülmək istəmir. Düzdür, 2 yaşlı ögey bacısını çox istəsə də, anasının laqeyd münasibəti və atalığının kobudluğu onu təngə gətirib. Hansısa uşaq evinə və ya internata yerləşdirilməyini istəyir.
Məsələ ilə bağlı Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə saxladıq. O bildirdi ki, Xatunu müvəqqəti olaraq sığınacağa yerləşdirmək olar. Hadisələrin sonrakı gedişatı isə araşdırmalardan sonra məlum olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR