Deputat: Azərbaycanda qəlyanın istifadəsi qadağan olunmalıdır

2-07-2015, 15:14 940 dəfə baxılıb

Deputat: Azərbaycanda qəlyanın istifadəsi qadağan olunmalıdır

















“Onlar özləri çəkirlər və məcbur edirlər ki, ətrafda olan insanlar da bunu qəbul etsin”

Bu yaxınlarda Rusiyada ictimai yerlədə tütünsüz qəlyanın istifadə edilməsinə qarşı böyük kompaniya başlayıb. Kompaniya iştirakçıları qeyd edirlər ki, qəlyanın ictimai yerlərdə istifadəsi ətrafda istirahət edənlərə də mənfi təsir edir. Onlar istəməsə də qəlyanın tüstüsünü qəbul etməyə məcbur olurlar.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Azərbaycanda da qəlyanın istifadəsinin əleyhinədir.

Deputat hesab edir ki, Azərbaycanda tütünsüz, qəlyansız mühit yaranmalıdır:

“İstər tütünlə olan, istər tütünsüz qəlyanın istifadəsi zərərlidir. Qəlyan hətta siqaretdən pis şeydir. İlk növbədə qəlyan yanarkən, onun tüstüsündə, koncraqen, yəni xərçəng yaradan 4 000 maddalər əmələ gəlir. Digər tərəfdən ondan istifadə edəndən sonra alışqanlıq yaranır, ondan sonra yüngül narkotiklərə həvəs yaranmağa başlayır, hətta dünya təcrübəsi göstərir ki, kafe və restoranlarda qəlyan üçün xüsusi yerlər işlədən yerli insanlar, özlərinin maraqları naminə azca miqdarda bəzi narkotik maddələr əlavə edirlər ki, insanda asılılıq yaransın, ora gələn insan yenidən gəlsin. Bu da qısa bir müddət ərzində insanları yavaş-yavaş narkomanlığa gətirib çıxarır”.

Musa Quliyev bildirib ki, qəlyanın ictimai yerlərdə istifadəsi uşaqların və yeniyetmələrin düzgün tərbiyə olunmamasına, pis vərdişlərə aludə olmağına gətirib çıxardır:

“Mən Milli Məclisdə təklif etmişəm ki, qəlyanın istifadəsi ya bütövlükdə Azərbaycanda qadağan edilsin, ya da xüsusi ayrılmış qapalı yerlərdə icazə verilsin. Ətrafda olan insanlara həm zərəri olmasın, həm də qəlyanın təbliği sıfıra ensin. Hələ Azərbaycanda qapalı məkanlarda tütünün məhdudlaşdırılması qanuni qəbul olunmayıb. O qanun qəbul edilən zaman ora bir maddə əlavə etmək olar. Milli Məclisin payız sessiyasında yenidən bu məsələyə baxılacaq. Qanun qəbul olunsa qəlyanın da Azərbaycanda məhdudlaşdırılması öz həllini tapar”.

Bronxoloq Faiq Ağayev bir həkim kimi bizə bildirdi ki, istər tütünlü qəlyanın, istərsə də tütünsüz qəlyanın istifadəsi sağlamlığa zərər vurur:

“Ümumiyyətlə istər tütünlü, istərsə də tütünsüz qəlyanı ictimai yerdə çəkmək ətrafda olan insanlara da zərər vurur. Onlar özləri çəkirlər və məcbur edirlər ki, ətrafda olan insanlar da bunu qəbul etsin. Qəlyanın tüstüsü nəfəs borusuna, daha sonra ağciyərə daxil olur. İnsan orqanizmi elədir ki, lap elə təmiz tüstü olsa belə insan orqanizmi ona reaksiya göstərməlidir.

Qəlyanın tüstüsündə isə elə bir maddələr var ki, insana mənfi təsir edir. Ölkəmizdə qəlyanın istifadəsi zamanı müştük dəyişilsə də, onun “trubka”sı dəyişilmir. Bu, ilk növbədə infeksion xəstəliklərin yayılmasına gətirib çıxarır. Qəlyanın istifadəsi ən azı nəfəs borusunda problemlərə və ciyərlərin allergiyasına gətirib çıxarda bilər”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə əksinə, hesab edir ki, tütünsüz qəlyanın istifadəsini ölkəmizdə genişləndirmək lazımdır:

“Azərbaycanda qəlyanın istifadəsi bir ənənədir, bu, normal bir haldır. İllərdir ki, ölkəmizdə qəlyandan istifadə olunur. Tütünsüz qəlyanın ölkəmizdə qadağasına ehtiyac yoxdur. Bu, ekzotik bir şeydir, üstəgəl turistləri cəlb etmək üçün də istifadə oluna bilər. Müasir zamanda qəlyanın istifadəsi zamanı müştüklər dəyişilir, üstəgəl onda müxtəlif filtirlər olur, bu da zərərli maddələrin insan orqanizminə daxil olmasının qarşısını alır. Əsas siyasəti tütündən istifadə etməməyə yönləndirmək lazımdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR