Qazaxda bir məmurun macəraları: Məmməd Alıyev müəmması…

28-10-2015, 12:10 1100 dəfə baxılıb

Qazaxda bir məmurun macəraları: Məmməd Alıyev müəmması…













Adama elə gəlir ki, bəzi sahələrdə olduğu kimi icra hakimiyyətlərində də dövlətin ən etibarlı kadrları işləyirlər

Təəssüflər olsun ki, bu heç də belə deyil. Araşdıranda məlum olur ki, dövlətin həmin kadrın ürəyində yalnız adı qalıb. İşlədiyi az müddətdə dəbdəbəli həyat şəraiti, yüksək dəyərli əmlakı, bahalı minik avtomobilləri, hər il xaricdə istirahətə nail olmaları bunalrı deməyə əsas verir ki, belələri yalnız özü və gələcəyi üçün çalışanlardır. Belə insanların timsalında Qazax Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Məmməd Alıyevi qeyd etmək yerinə düşərdi. Bu şəxslə bağlı redaksiyamıza daxil olan məlumatları sistemləşdirərək diqqətinizə çatdırırıq.
Əvvəla, onu qeyd edək ki, Qazaxda yaşayan və Məmməd Alıyevi yaxşı tanıyanların təbrincə desək, bu kadrın həmin vəzifəyə gəlişi və sonrakı taleyi təsadüfi hal olub. İcra hakimiyyətində mərhum Fuad Salahovun yerinə əmrləşən Alıyevin həmin vəzifəyə təyin edilməsində də qəribə sirr var. Belə ki, sabiq icra başçısı Rauf Hüseynovun alış-veriş işlərini mərhum Fuad Salahov aparırdı. Məmməd Alıyev də Fuad Salahovla bir otaqda əyləşər, Fuadın vaxt çatdıra bilmədiyi işlərin bir hissəsini də o, görərdi. Qəza nəticəsində dünyasını dəyişən Fuad Salahovun kimə nə alıb – verdiyini təkcə Məmməd Alıyev bildiyi üçün, onun yerinə yalnız bu kadr ola bilərdi. Beləliklə, Məmməd Alıyev Salahovun yerinə referentlikdən şöbə müdiri vəzifəsinə keçir. Salahovdan yarımçıq qalan işləri ondan da yaxşı bacarır və Rauf Hüseynovun “gözünün işığı” olur.
Rauf Hüseynovun icra başçılığı dövründə 90 manat özünə qazanan, 10 manat dövlətə xərcləyən Məmməd Alıyev “ən etibarlı” kadrlardan biri olur. Rayonda elə bir iş olmur ki, Məmmədsiz həllini tapa bilsin. Rayondakı mənbənin redaksiyamıza verdiyi məlumata görə, yaşadığı Xanlıqlar kəndində bəlkə də dəyəri 100 min manat olan yaşayış binası, torpaq sahələri, mərkəzi bazarın qarşısındakı binada mənzil, Bakıda yaşayış evi, 23 min manatlıq “KİA” minik avtomobili və sairələrə nail olur. Orta məktəbi pis oxuyan oğul övladını pulla Ukraynadakı özəl universitetlərin birinə qəbul etdirir. Hansı ki, həmin övlad bu gün də nə ukrain, nə də rus dilini bilir. Bu məmur rayonda elə bir kənd və ya qəsəbə qalmayıb ki, onların dərisinə saman təpməsin. Əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polis idarəsinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məmməd Alıyev gözlənilmədən “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdə çalışmaqdan uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri isə öz aralarında “Dezertir Mamed” ayamasını verirlər. Çünki, rəhmətlik Hüseyn Arif demişkən “andıra qalmış xəsiyyəti”nə yaxşı bələd idilər. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasının və ürək tutmalarının şahidi kimi bir nəfər də olsun onun bu halını müşahidə etməmişdir. Beləliklə Əskipara kəndində, eləcə də Qazaxın digər ermənilərlə üzbəüz olan bölgələrində yerli əhalinin könüllülərdən ibarət dəstələri və yerli polis əməkdaşları böyük şücaətlər göstərərək rayonun işğal siyasətinin qarşısını canları bahasına olsa da mərdanəliklə qoruya bildilər. Təkcə bu proseslərdə iştirak etməyən “Dezertir Mamed” oldu.
Anadan olduğu gündən rayon icra hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsinə qədər Məmməd Alıyevin əsil soyadı Dəlibaşov olmuşdur. Ancaq, həyatında ilk dəfə uzun illər arzu etdiyi vəzifəyə təyin olunduqdan sonra, soyadını dəyişdirərərək dönüb oldu Alıyev. Son zamanlar Məmməd Alıyev öz vəzifəsinə yeni iş rejimi qaydalarını tətbiq edib. Onun kəşfindən demək olar ki, rayonda artıq çoxlarının xəbəri var. Belə ki, Məmməd Alıyev gündüzlər hakim YAP-ın alovlu və mübariz fəalı kimi özünü göstərsə də, sən demə gecələr, yəni axşam qaş qaralan kimi, tamamilə fərqli ampulada çıxışı edir. Onun icad etdiyi siyasət isə, gecə qaranlığında mahir kəşfiyyatçılar kimi AXCP, KXCP, Müsavat və başqa müxalif siyasi partiyaların funksionerləri ilə birlikdə qol-boyun olmasıdır. Hətta indi az qala dəbdə olan vəhabilərləin məclislərində belə iştirak etdiyini söyləyənlər var. Qazaxda o da bəllidir ki, Məmməd Alıyevin belə bir tədbirlər planına can yandırmasının əsas səbəbi və sirri onun “para” aşiqi olmasıdır. Məmməd Alıyevin gündüzlər YAP-çı, gecələr isə müxalifət olması Qazax ictimaiyyətinə yaxşı bəllidir. Bu məmur rayonda ən qorxulu insanlardandır. Rayon icra başçısı Ayaz Əsgərova bu günlərdə “sırıdığı” kadrlar da savad nöqteyi- nəzərindən Məmməd Alıyevin özünə oxşayıb. Məsələn, Qazax RİH-nin müavini Tahir Musayevin tabeçiliyinə işə götürülən Kamil adlı şəxs hələ hansısa tədris müəssisəsində müəllimlik edərkən jurnal yazmaq qabiliyyətindən də uzaq olub. Görün həmin kadr icra hakimiyyətindən kimə göstəriş verə bilər?
Digər bir Qərib adlı kadr da Qazax mərkəzi poçtunun işçisi olub. İşdə yol verdiyi nöqsanlara görə poçtun rəisi tərəfindən qovulub. İşə baxın ki, həmin kadr da icra hakimiyyətinə işə düzəlib. Deyilənə görə, hər kadrın işə düzəlməyində cəmi 25-30 min manat rol oynayıb ki, bu məbləğin də 8-10 min manatı Məmməd Alıyevə çatıb. Əks təqdirdə belə kadrlar “komuxoza” da yaramdığı halda hansı üstünlüklərinə, hansı bacarıqlarına görə Qazax RİH-nə işə düzəliblər? Onu da bildirirlər ki, üstəlik Qəribin diplomu da saxtadır. Bir sual da meydana çıxır. Hər iki kadr, Kamil və Qərib tərcümeyi-hallarını zorla yaza bildikləri, görəsən dövlət qulluğuna keçmək üçün imtahanlardan necə üzü ağ çıxa biliblər?
Qeyd etdiyimiz kimi Məmməd Alıyevin “gecə dostu” kimi Qazaxın tarixində görünməyən vəziyyətdə çıxış edən, bir neçə partiyaların pilləkənlərini rahat düşüb-çıxa bilən, əvvllər cəbhəçi (ona rayonda “Cəbhəçi Azər” də deyirlər), hazırda isə müsavatçı olan Azər Məmmədovla qurduğu iş birliyinin üstündən də yan keçmək düzgün deyil. Rayondakı müxalif qrup onu da vurğulayır ki, vaxtilıə Qazax RİH-nin başçısı olan mərhum Cavanşir Carcıyevi də hörmətdən salan, onun özü bilmədən adından rüşvət yığan Azər Məmmədov olmuşdur. Hazırda Azər Məmmədovun işi bir sıra idarə müdirlərindən danons vermək, bələdiyyə sədrinə təpgi gəlməklə torpaq sahələri alaraq baha qiymətə satmaqla məşğuldur. Tərslik kimi Məmməd Alıyevin də Azər Məmmədovla əlaqəsi onların hər ikisinin eyni xasiyyətdə olmasından xəbər verir.
Bütün bu həngamələrin arxasında duran maraqların zirvəsi isə, Məmməd Alıyevin Qazaxın mütləq hakimi olmaq iddiasından doğmuşdur. Rayonda bildirirlər ki, ilk öncə o icra hakimiyyəti başçısının birinci müavini olmaq istədi. Adı çəkilən işdə ona yer olmadığı üçün, Məmməd Alıyev fikrini dəyişərək heç olmasa icra hakimiyyəti başçısının müavini postuna gözünü dikdi. Cəmiyyət arasında olan nüfuzu, ona olan münasibət, eləcə də bioqrafiyasında olan qüsurlara görə, onu bu iki adı çəkilən vəzifələrə yaxın qoymadılar. Elə buna görə də Məmməd Alıyev icra hakimiyyəti başçısının heç olmasa humanitar məsələlər üzrə müavini olmaq sevdasına düşdü. Dərhal həmin sahəni peşəkarcasına idarə edən Gülayə Həsənovanı yerindən dəbərtməyə çalışdı. Bu dəyərli, savadlı və zəkalı xanıma gücü çatmadığı üçün, məcbur olub onun həyat yoldaşı Natiq Həsənova ilişməyə başladı. Beləliklə Natiq müəllim üçün bürokratik əngəllər yaratmaqla yanaşı, həm də tələ quraraq, ən azından onu işdən uzaqlaşdırmağa nail ola bildi.
Keçi bir heyvan kimi kəndlinin ən yaxın yardımçısı olan bir məxluqdur. Ona görə ki, keçi qoyundan fərqli olaraq, haraya gəldi başını aşağı sallayaraq yola çıxmaz. Çoban da onun belə davranışından özünü rahat hiss edər. Keçinin südü və əti hər zaman ən dadlı nemətlərdən biri olub. Yunu və dərisi isə hər bir kəndlinin həyat mənbəyi hesab olunur. Ancaq, bununla yanaşı, ta qədim zamanlardan keçi ilə bağlı xalq arasında o qədər lətifələr yaranıb ki, bu barədə uzun romanlar yazmaq olar. Xüsusilə kənddə keçiyə olan ilk “sevgi” əfsanələri kimi. Məhz bu lətifələrin sayəsində keçi ucuz qiymətə satılır. “Keçi qiymətinə satmaq” mifologiyası elə buna görə yaranıb. Həm də keçini mələtmək daha asan başa gəlir. Beləcə hansı yollarlasa, kimlərisə aldadaraq Azərbaycanın ən strateji bölgələrindən biri sayılan Qazaxda Məmməd Alıyev icra hakimiyyətində şöbə müdiri vəzifəsinə yüksəlib. Rayonda bildirirlər ki, kim onun harada və necə ali təhsil alması faktını bilirsə, diplomunu görübsə, həmin adama möhtəşəm qonaqlıqlar vəd edilib. Hamını düşündürən suallardan biri də “polisdə sıravi nəfər olan və sonradan dezertir ayaması ilə tanınan” Məmməd Alıyev hansı sahə üzrə ali təhsili almasıdır. Bir də onun icra hakimiyyətində şöbə müdiri olandan sonra, Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı çoxsaylı mənzilləri, bir sıra “obyektləri” hansı vəsaitlə tikdirməsi də mübhəm sualların yaranmasına səbəb olub. Yəni dolayı yolla o bu gün qazaxlı məmurların siyahısında öndə gedən oliqarxa çevrilib.
Qazaxa icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Ayaz Əsgərov haqqında isə əhalinin fikri belədir ki, ölkə prezidenti cənab İlham Əliyev çox haqlı olaraq belə bir kadrı göndərib. Rayonun ərazi idarəetmə işləri şöbə müdiri kimi burada çalışan savadlı və işgüzar məmurları Məmməd Alıyev öz şəxsi iddiası və maraqlarına görə istənilən anda keçi qiymətinə sata bilər. Bunu biz demirik, Qazaxda əhalinin əksəriyyəti belə düşünür. Buna görə də, yerli ziyalılar və mütəxəssisləri hörmətli icra başçısı Ayaz Əsgərovla görüşərək, onun Məmməd Alıyevin aldanışlarına uymamasını demək istəyirlər. Çünki, rayonda elə bir vəzifə sahəsi, biznes strukturu yoxdur ki, onun əlindən dad etməsinlər. Çünki, ərazi idarəetmə şöbəsinin müdiri kimi onların üzərində öz hökmünü amirənəlik metodu ilə tətbiq etməklə, sanki demokl qılıncı rolunu oynayır. Beləcə şəxsi maraqlarına söykənərək, icra hakimiyyətində çalışan 35 nəfər peşəkar mütəxəssisi keçi qiymətinə anındaca sata bilər. Onun bu yöndə olan məharətinin şahidi olan yüzlərlə insan var.
Qazaxda əhalinin təəccübünə səbəb olan amillərdən biri də, rayon bələdiyyəsi sədrinin müavini və “Cəbhəçi Azər” ayaması ilə tanınan Azər Məmmədovdur. Çünki, Məmməd Alıyevin ən çox oturub-durduğu məhz bu insandır. Cəbhəçi Azər mübarizə yoldaşlarını satan adam kimi tanınır. İndi də kəndlərdəki yerli bələdiyyələr onun əlindən zəncir çeynəyirlər. Ona görə də Qazaxda camaat deyir ki, elə Məmməd Alıyevi və Cəbhəçi Azəri birləşdirən bu amillərdir.
Qazaxın orta və yaşlı nümayəndələri çox yaxşı xatırlayırlar ki, bir zamanlar Keçi Oruc ayaması ilə kim tanınırdı. Onun əməllərini bu gün kim və necə həyata keçirir. Beləcə Qazax rayonu keçi həvəskarının əlində girinc qalıb.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Qazaxda bir məmurun macəraları: Məmməd Alıyev müəmması…


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR