Ağcabədidə ört-basdır edilmiş ölüm işi

29-10-2015, 13:40 733 dəfə baxılıb

Ağcabədidə ört-basdır edilmiş ölüm işi













Redaksiya olaraq son günlər Ağcabədi rayonunda baş verən analoqsuz məmur özbaşnalıqları ilə bağlı xeyli sayda yazılar dərc etmişik

Ağcabədi haqda bundan öncəki yazılarda qeyd edildiyi kimi bu rayon sanki ölkı rəhbərliyinin nəzarətindən kənarda qalıb, yaxud cənab prezident icra başçısı Şahin Məmmədova hədsiz ixtiyar verib ki, o burada öz şahlığını yaratsın. Görünənlər, deyilənlər və müşahidələr mütləq mənada bu deyimin üzərində dayanmağımızı diqtə edir.
Belə deyilsə onda nədən bu məkanda baş verənlərə göz yumulur? Nədən Ağcabədi haqda kiv-də ardı-arası kəsilməyən yazılarla bağlı hər hansı araşdırma aparılmır? Nədən Ağcabədidə hansısa harın məmura gözün üstə qaşın var deyən tapılmır? Nədir bunun sirri? Yoxsa icra başçısı Şahin Məmmədovun sehirli çubuğu var ki, o çubuğu hərləməylə özünə qarşı olan münasibətləri dəyişə bilir? Yəni ölkədə elə bir rayon göstərmək olarmı ki,orada olan məmur özbaşnalığı, qudurğanlığı rayondakı mürcəte idarəetmə,antixalq fəaliyyəti Ağcabədidəki kimi olsun? Yaxud ölkədə elə bir rayon və icra başçısı tapmaq olarmı ki, başçının özü və komandası Şahin Məmmədov kimi vecsiz və məsuliyyətsiz olsunlar? Əlbəttə, bu olduqca müşkül məsələdir.Çünki Şahin Məmmədov və komandası antikvardır, əsl muzeyə qoyulası eksponatdırlar. Məsələ bundan ibarətdir ki, Ağcabədidə nəinki icra hakimiyyəti və sairlər, burada hüquq-mühafizə orqanları da rüşvət və korrupsiyanın içərisində üzürlər. Ağcabədi prokurorluğu istənilən cinayəti ört-basdır etmək qüdrətindədir. Rayon prokuroru Salman Səmədov, baş prokurorluqda kurator prokuror Rövşən Cəmilov və sairlər ölüm işini basdırmaqla respublika hüquq-mühafizə sistemində rekord qıracaq nailiyyətlərə malikdirlər. Bu adamların vicdanı görən onları heç narahat etmirmi? Çiynində dövlətin verdiyi ay ulduzu gəzdirəsən,ancaq qanunları ayaqaltı edib,korparativ maraqlarını güdəsən. Belələrinin yeri mtn-nin həbs olunmuş əməkdaşlarının yanı olmalıdır. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə keçirdiyi görüşlərdə qəti şəkildə bildirib ki, heç bir vətəndaşı ayrı-ayrı maraqlara görə qurban verməyin. Cənab prezident bildirib ki, vətəndaşlara belə münasibət onların hökumətə, dövlətə inamını sarsıdır. Ancaq nə fayda, Salman Səmədovu, Rövşən Cəmilovu dövlət, hökumət, lap belə prezidentə olan münasibət deyəsən maraqlandırmır. Onları yalnız pul, var toplamaq maraqlandırır. Bu pul, var-dövlət toplamaq lap başqasının qanının batırılması hesabına olsa da toplanılır. Necə ki, Ağcabədi rayonunun Minəxorlu kəndindəki məlum ölüm işindəki kimi. Cumhuriyyət.az olaraq Ağcabədi rayon Minəxorlu kənd sakini Tovuz Məmmədovanın müsahibəsini təqdim edirik. Mən Tovuz Qulı qızı Məmmədova Ağcabədi rayonunun Minəxorlu kənd sakiniyəm. Mərhum qızım Günay Fərzəliyeva 20-si aprel 1996-cı il təvəllüdlüdür. Qızım sentiyabr ayının 15-i 2013 cü ildə kəndimizin sakini Elşad Fərzəliyev ilə ailə həyatı qurub. Elşadın ailəsi ziyalı ailəsidir. Anası yəni qızımın qaynanası Sevda Fərzəliyeva kənd tam orta məktəbində müəllimə işləyir. Qudalarımızdan qızım haqqında heç vaxt narahatedici sözlər eşitməmişəm. 2014-cü ilin avqust ayının 13-də axşamüstü saat 6-radələrində qızımla telefonla danışdıq, hər şeyin qaydasında olduğunu bildirdi, heç bir narahatlıq hiss etmədim. Aradan bir neçə saat keçdikdən sonra mənə 20:50-də zəng elədilər ki, tez gəl qızın xəstələnib. Qızım iki aylıq hamilə idi. Fikirləşdim ki, yəqin nə isə narahatçılıq var. Ancaq mən ora gedəndə qızımı yerdə uzanmış, üzünün isə ağ örtük ilə örtüldüyünü gördüm. Mən onun üzünü açdım. Boynunda dairəvi ip yeri var idi. İp onun boğazını kəsmişdi. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, qızın həyətdəki damda özünü asıb. Mən onun özünü asdığı yerə baxdım, ora bütöv hörümçək toru idi və heç bir ip keçirilməsi ilə bağlı iz yox idi. Əlimi atıb həmin ağacı azacıq dartan kimi, ağac çürük olduğu üçün qırıldı və əlimdə qaldı. Mən dedim ki, bu ağac çürükdür, heç on kq yük belə saxlamadı, bu boyda adamı necə burada saxlayıb? Qudalarım özlərini itirdilər. Həmin vaxt evdə qızımın qaynatası Möhsüm Fərzəliyev, qaynanası Sevda Fərzəliyeva və kürəkənim Elşad Fərzəliyev olub.Mən orada olanda qızımın həyat yoldaşı Elşad Fərzəliyev gəlib Günayın üzünü açıb baxdı və heç nə olmamış kimi çıxıb getdi. Yəni axır onun həyat yoldaşıdır, azacıq da olsa adamın sifətində həyacan, kədər hiss olunmalı idi. Ancaq bu iş planlı şəkildə olduğu üçün onlar baş verəcək hadisəyə əvvəlcədən özlərini psixoloji şəkildə hazırlamışdılar. Mən tələb etdim ki, qızımın özünü asdığı kəndiri gətirin. Onlar heyvan bağlanan kəndiri gətirdilər. Kəndirin hər iki tərəfində böyük düyünlənmiş yer var idi. Əgər qızım həmin kəndirlə özünü asmışdısa nədən həmin yumru düyünlərin izi boynuna düşməyib? İkincisi kəndir bütün mal peyini idi. Mən qızımın boynunu və əllərini iylədim, onun nə boynundan, nə də əllərindən peyin iyi gəlmədi. Yaxşı əgər bu kəndirlə özünü asıbsa onda deməli əlləri ilə özü üçün intihar səhnəsi yaradıb. Bəs nədən onun əllərindən peyin iyi gəlmirdi? Mənim tələbimlə qızımın meyiti ekspertiza üçün rayon məhkəmə tibbi ekspertizasına aparıldı. Biz ora daxil olanda gördük ki, rayon prokuroluğunun əməkdaşları Ərəstun, Şahin və ekspert həkimlə qızımın həyat yoldaşı Elşad Fərzəliyevin doğma xalası Mətanət Fərzəliyeva söhbət edir. Bizi görən kimi onlar çaşdılar və tez aralandılar. Həmin anda Mətanət Fərzəliyeva bərkdən dedi ki, o qədər belə şeylər olub ki, boş şeylərdir, qorxma. O bu sözləri bacısı oğlu Elşad Fərzəliyeva deyirdi. Mətanət Fərzəliyeva Ağcabədi pedoqoji müəllimlər instutunun rektorudur. Sonradan o bir neçə yerdə deyib ki, mən əvvəllər belə bir iş olmuşdu onu 40.000 min manat verib bağlatdırdım. İndi də lazım olsa 100.000 min manat verəcəyəm, ancaq imkan verməyəcəm ki, bacım oğlu həbsə düşsün. Bu prosesdə kürəkənim Elşadın dayısı Elşən Fərzəliyev rayon prokurorluğunun əməkdaşları, Ərəstun və Şahinə deyirdi ki, bu işi yoluna qoyun, sizə əməlli-başlı hörmət edəcəyəm. Prokurorluq işçiləri də ona dedilər ki, siz burada vəziyyəti iki-üç günlüyə sakitləşdirin, biz işi yoluna qoyacağıq. Belə də oldu. Hazırda qızımın qanı batırılıb. Mən bu məsələ ilə bağlı icra başçısı Şahin Məmmədovun, baş prokuror Zakir Qaralovun,onun birinci müavini Rüstəm Usubovun, rayon prokuroru Salman Səmədovun, kurator Rövşən Cəmilovun, birinci xanım Mehriban Əliyevanın köməkçisi Məlahət xanım və sairlərinin qəbulunda olmuşam. Dövlətin ayrı-ayrı orqanlarına, başda cənab prezident olmaqla yüzlərlə şikayət məktubları yazmışam. Ancaq günü bu günə kimi şikayətimə baxıb tədbir görən yoxdur. Mən yenidən ekspertiza tələb edirəm. Buna görə də qızımın qəbrinin üstünü hələ də düzəltdirməmişəm. Deməli Mətanət Fərzəliyevanın malı-pulu var deyə, mənim qızımın qanı batmalıdır? Mənim qızımı ər evində boğub öldürüblər. Mən qızımın qaynatasından, qaynanasından və keçmiş kürəkənimdən şübhələnirəm. Hələ bu günə kimi prokurorluq şübhəli şəxs qismində kimisə saxlayıb dindirməyib. Belə qanun qayda olar? Mən üzümü cənab prezident İlham Əliyevə tuturam və ondan kömək istəyirəm. Əgər prezident mənə kömək etməsə, mən xarici ölkələrdən birində sığınacaq istəyəcəm. Mən ölkənin birinci xanımı Mehriban Əliyevadan kömək istəyirəm. Ona deyirəm ki,o da anadır. Bu işdə mənə köməklik göstərsin.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR