"Röya inadkardır, Nuri isə toya baha gedir"
"7 canlı" proqramında qonaqlara təqdim edilən zərfləri bu dəfə müğənni Emil Bədəlov açıb.
Sənətçi ona ünvanlanan sualları sənət dostlarına aid edib. O bildirib ki, şou-biznesin ən inadkar ifaçısı Xalq artisti Röya Ayxandır:
"Röya yarım saat üçün toya baha gedir. Nuri Sərinləndirici isə bütöv toyu baha aparır".
Emil "Əvvəllər daha yaxın idik" sözlərini müğənni Natavan Həbibiyə aid edib:
"Əvvəl tez-tez görüşürdük. Sonra ailə qurdu, övladı oldu. İndi başı qarışıb övladına".