Aşıq Namiq keçirdiyi yarışmada birinci yeri 10 minə satıb

6-05-2021, 22:27 52 dəfə baxılıb

Aşıq Namiq Fərhadaoğlu "Lider" telekanalında keçirdiyi "Köklə sazı" aşıqlarla bağlı yarışmada birinci yeri pulla satıb.

Sənətçi bunun üçün qalibdən 10 min manat alıb. Bu xəbəri Namiq "Həmin Zaur" proqramında təsdiqləyib:

"Biri dedi ki, birinci yerin xərci nədir? Mən də dedim avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, birinci yerə çıxarım səni. Maşına görə etdim. Sonra mənə dedilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb, səs verir. Prodakşınam orada ağa da, nökər də mənəm". //moderator.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR