Ramazan ayında domino, nərd və dua qadağan edildi

23-06-2015, 23:50 1408 dəfə baxılıb

Ramazan ayında domino, nərd və dua qadağan edildi


















Qadınlar isə iftara qədər evlərindən bayıra çıxa bilməzlər

İraqın Mosul şəhərinin sakinləri üçün həyat bir il əvvəldən - İŞİD yaraqlıları İraqın şimalındakı bu şəhəri ələ keçirəndən çox çətinləşib.

azinfo.tv Azadlıq Radiosuna istinadən xəbər verir ki, həyat bu ekstremist sünni qruplaşmasının müqəddəs Ramazan ayında tətbiq etdiyi qadağalardan sonra daha da ağırlaşıb.

İŞİD dini alimləri Ramazan ayının ənənəvi ayinlərinin bir çoxunu qanundankənar elan ediblər. Bu ayinlər ekstremist qruplaşmanın barışmaz mövqeyinə zidd hesab edilib.

İraqın “Hamrin News” saytının verdiyi məlumata görə, bu qadağalar arasında domino və nərd oynamaq da var.

Bundan başqa, İraqda ənənəvi oyunlardan mahibs də qadağandır. Bu oyunu iki komanda növbə ilə, əllərində üzük gizlədərək oynayırlar. Rəqib komanda isə üzüyün kimin əlində olmasını tapmağa cəhd edir. Sonda oyunçular bir yerdə konfet və sərinləşdirici içkilər əldə edirlər.

Bütün bu qadağalarla yanaşı Mosul əhalisi vaxtlarını şən keçirmələri üçün güləş və qaçış yarışları təşkil edirlər.

Ekstremist qruplaşma qadınların bəzi azadlıqlarının axırına çıxıblar. Daha Mosul qadınları iftara qədər evlərindən bayıra çıxa bilməzlər.

Daha bir qadağa ərzaq mağazaları üçündür. Onlar ancaq iftardan sonra açıq ola bilərlər.

Mağazaların bağlanması, oyunlara və qadınların azadlıqlarına qadağalar görünür, sosial nəzarətin daha bir formasıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR