Özünü öldürən 15 yaşlı gəlin xəbərinə ailədən reaksiya

7-08-2015, 15:26 975 dəfə baxılıb

Özünü öldürən 15 yaşlı gəlin xəbərinə ailədən reaksiya


















Araşdırma aparılır

Bərdənin Elçin Əsədov küçəsində 15 yaşlı gəlinin intiharı ilə bağlı yayılan xəbərin əsassız olduğu məlum olub.

azinfo.tv xəbər verir ki, ANS TV-nin mərhumun ailə üzvlərindən əldə etdiyi məlumata görə, Gülçin Əlizadə ailəli olmayıb və bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Ailə yeniyetmə qızın ipdən düzəldilmiş yelləncəkdə yellənərkən kəndirin onun boğazına dolandığını və nəticədə Gülçinin boğulduğunu deyib.

Həmin vaxt mərhumun ailə üzvləri evdə olsalar da heç bir səs eşitməyiblər.

Yaxınları onu da əlavə edib ki, meyit müayinədən keçirilib və üzərində heç bir zorakılıq əlamətləri də aşkarlanmayıb.

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR