Pirallahının icra başçısı işlərində dönüş yaratmasa, icra hakimiyyətinin yeni binasında kabinet şansından məhrum edilə bilər

8-08-2015, 12:58 997 dəfə baxılıb

Pirallahının icra başçısı işlərində dönüş yaratmasa, icra hakimiyyətinin yeni binasında kabinet şansından məhrum edilə bilər












Bakının Pirallahı rayonu yeni yaradılsa da, burada müvafiq infrastrukturun formalaşdırılmasına dövlət səviyyəsində xüsusi qayğı var

Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq rayon mərkəzində küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulması, ictimai nəqliyyatın fasiləsiz işinin təmin edilməsi, sosial təyinatlı obyektlərin tikinti və bərpası istiqamətində müəyyən işlər görülür. Ölkə rəhbərliyi qəsəbədə alternativ yolun inşası, kommunikasiya xətlərinin yeniləşdirilməsi, üzgüçülük və kurort komplekslərinin inşası, qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi və digər layihələrin həyata keçirilməsinə lazımi büdcə vəsaitlərinin ayrılmasını təmin edir. Hazırda rayonda bir sıra yerli idarələrin inzibati binalarının, o cümlədən icra hakimiyyətinin inzibati binasının və Yüksək Texnologiyalar Parkının tikintisi davam etdrilir. Pirallahı qəsəbəsində 50 hektarlıq ərazidə tikilməkdə olan Yüksək Texnologiyalar Parkının inşasında məqsəd müasir elmi-texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrini genişləndirimək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etməkdir. Təəssüf ki, belə ciddi obyektin tikintisində podratçıdan asılı olmayan səbəblər üzündən məcburi fasilələr yaranır. Yerli icra strukturunun rəhbərliyi isə nəinki YT parkında, ümumiyyətlə yeni tikintilərdə hökm sürən vəziyyətlə demək olar ki, maraqlanmır. Bunun müqabilində isə icra başçısı və onun ətrafı barədə xoşagəlməz söz-söhbətlər eşitməli oluruq. Yeri gəlmişkən,rayonun icra başçısı Vasif İmanov ixtisasca inşaatçı-mühəndisdir. Sonralar Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Bir sıra idarələrdə tikinti üzrə mühəndis-mexanik, şöbə rəisi, baş mühəndis və idarə rəisi vəzifələrində çalışıb. ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini işləyib.2013-cü ildə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Başçının rayondakı yerli strukturların rəhbərlərini inkişafa kökləmək həvəsindən danışmaq istəməzdik. Lakin, hər bir məmurun vəzifə borcundan irəli gələn məsuliyyəti var. Ona görə də, hər kəs öz məsuliyyətini dərk edərək işini görməlidir. İcra başçısının yerli sahibkarlarla işgüzar münasibətlərin formalaşdırılması istiqamətində fəaliyyətini də qənaətbəxş hesab etmək olmaz.Ən azı ona görə ki, başçının oğlunun adı sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrdə hallanır. Yadınızdadırsa, bir müddət öncə mətbuatda icra başçısının oğlu Zöhrab İmanovun sahibkarları qanunsuz pul yığımları ilə incitdiyi göstərilirdi.Qeyd olunurdu ki, bundan narazılıq edənlərin obyektlərini başçının oğlu sökdürür. Rayonda İmanovların asfalt və beton zavodlarının olduğu deyilir. Əslində başçının oğlunun bu obyektlərə şərikliyindən söhbət gedə bilər. Bundan əlavə Zöhrab İmanov bir sıra ticarət, istehsal və xidmət obyektlərini də nəzarətdə saxlayır. Pirallahı rayonunun icra başçısı Vasif İmanovun özünə yeni mülk inşa etdirməsi xəbəri isə yayılan son məlumatlardandır. Bu xəbərdə diqqəti cəlb edən odur ki, tikintidə istifadə olunan tikinti materialları havayı başa gəlir. Belə xəbərdən sonra adamın icra başçısı olmaq həvəsi də artır. İcra başçısının yeni yaradılmış rayonda öz mənzil şəraitini yaxşılaşdırmaq hüququnu əslində heç kəs inkar edə bilməz. Lakin rayonda dözülməz mənzil şəraitində yaşayan görün, nə qədər ailə var. Onların da qayğısını çəkmək, heç olmasa ən adi məişət ehtiyaclarını ödəmək üçün rayon rəhbərliyi əlaqədar qurumlar qarşısında məsələ qaldırmalıdır. Pirallahı rayonunda həllini gözləyən problemlər əlbəttə, çoxdur. Lakin vətəndaşların qayğı və hisslərinə toxunmaqla həmin problemləri həll etmək olmaz. İcra başçısı yerinə yetirdiyi xalqın xidmətçisi rolunu heç bir zaman unutmamalıdır. Əlbəttə, ölkə rəhbərinin etimadını doğrultmaq üçün Vasif İmanovun geniş imkanları var. Lakin bu imkanlar azaldıqca icra başçısının çətin duruma düşə biləcəyi ehtimalı da artır. Odur ki, Vasif İmanov işlərində dönüş yaratmasa,Rayon İcra Hakimiyyətinin yeni binasında kabinet şansından məhrum edilə bilər. Məlumat üçün bildirək ki, Bakının inzibati ərazi vahidi tərkibində 2012-ci ildə yaradılmış Pirallahı rayonu Xəzər dənizinin qərb sahillərində yerləşən Abşeron arxipelaqının Pirallahı adlanan ən böyük adasını, Neft Daşlarını, Çilov və Gürgən qəsəbələrini əhatə edir. Rayonun ümumi əhalisi 20 mindən artıqdır. gundelik-baku.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR