"3 günə 20 min dollar pul qazanıram"
![]()
Əslən Azərbaycanlı olan, hazırda Amerikada yaşayan model Stefano Suaros yenidən Nyu-Yorkda dəb şoularının baş qəhrəmanına çevrilib. Tanınmış brendlərlə çalışan həmyerlimiz ardıcıl olaraq məşhur moda gecələrində çıxışlar edir.
Stefano Suaros bu haqda açıqlama verib: "İlk olaraq Nyu Yorkun mərkəzi Times Square də yerləşən otellərin birində "New York Couture Fashion week"in açılışını etmək mənim üçün çox qürurverici və sevindirici oldu. Həmin gecə Malaziyalı dizaynerin sərgilədiyi "Kral və Şahzadə" əsərinin baş qəhrəmanı olaraq Malaziya krallarının bir zamalnar geyinidiyi qızıl saplarla işlənmiş geyimlərini təqdim etdim.
Daha sonra "New York Style fashion week"də müğənni olaraq səhnə aldım. Bildiyiniz kimi, mən Amerikada modelliklə bərabər ikinci musiqi sənətimi də inkişaf eldirirəm. Dünyanın ən böyük şoularından olan "Style fashion week" də böyük auditoriya qarşısında yeni "You Are The Reason" mahnımı təqdim etdim.
Uğurlu çıxışlarımıdan biridə Fransanın Kann şəhərində təqdim olunan "Global Short Film Awards" film mükafatlarının təsisçisi və "Couture Fashion week"in yaradıcısı və dizayneri Andres Aquinonun klassik payız kolleksiyasının açılışını etdim. Onu da qeyd edim ki, 3 gün ərzində iştirak etdiyim fashion şoularda 20000 dollar pul əldə etdim. Qısa zaman ərzində bu qədər uğura imza atdığım üçün özümü çox xoşbəxt hesab edirəm".