Sevgilisindən qalmaqallı şəkildə ayrılan müğənni məşhur aşpazla birlikdə

18-01-2019, 19:04 277 dəfə baxılıb

Sevgilisindən qalmaqallı şəkildə ayrılan müğənni məşhur aşpazla birlikdə


Müğənni Sıla Gençoğlu dünən axşam "Masterchef” aşpaz müsabiqəsindən sonra məşhurlaşan Hazer Amani ilə birlikdə Beşiktaşda görüntülənib.

Avtomobilin içində qucaqlaşan cütlük kameralara məhəl qoymayıb. Jurnalistlərin suallarını cavabsız qoyan ulduzlar daha sonra Sılanın Nişantaşındakı evinə gedib. Ayaq üstə durmaqda çətinlik çəkən Sılaya binanın təhlükəsizlik xidməti işçisi və Hazar Amani dəstək olub.

Tanınmış aşpazın barmağındakı üzük isə diqqətlərdən qaçmayıb. "2-ci sayfa" proqramına açıqlama verən aşpaz Sıla ilə sevgili olduğu iddialarını qəbul etməyib. O, müğənni ilə dostluq etdiyini və evli olduğunu elan edib.

Xatırladaq ki, Sıla bir neçə ay əvvəl aktyor sevgilisi Ahmet Kural ilə qalmaqallı şəkildə ayrılmışdı. Aktyorun ona şiddət tətbiq etdiyini iddia edən müğənni sevgilisini məhkəməyə vermişdi. Sıla ilə Ahmet Kuralın məhkəməsi hələ davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR