Eltun Süleymanov: “Bişkekdə keçirilən iclasın xüsusi əhəmiyyəti vardır”

20-10-2023, 11:21 44 dəfə baxılıb

Eltun Süleymanov: “Bişkekdə keçirilən iclasın xüsusi əhəmiyyəti vardır”


Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir.
Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir;
Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.
MDB dövlət başçılarının 13 oktyabr 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, “Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb.”
Qırğısıtan Respublikasını uğurlu iqtisadi inkişafına görə təbrik edən cənab İlham əliyev bundan sonra da Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf edəcəyini vurğulamışdır.
Cənab Prezident qeyd etmişdir ki, “Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafata görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır.”

Eltun Süleymanov müsahibəsibin sonunda bildirmişdir ki,” Bişkekdə keçirilən bu görüşün xüsusi əhəmiyyəti vardır. Belə ki, bu görüşdə qərara alınmışdır ki, MDB oyunları Azərbaycanda keçirilsin. Digər tərəfdən iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından görüşdə bir sıra qərarlar qəbul edilmişdir.”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR