Türkmənistanın başqa qayğısı yoxmuş... - Prezident kəpənəklərlə bağlı göstəriş verdi

27-05-2019, 15:20 376 dəfə baxılıb

Türkmənistanın başqa qayğısı yoxmuş... - Prezident kəpənəklərlə bağlı göstəriş verdi

Bir neçə gün fasiləsiz olaraq Aşxabadda yağışlar yağdığına görə şəhərdə rütubətliliyin səviyyəsi xeyli artıb. Rütubət nəticəsində şəhərdə çoxsaylı müxtəlif kəpənəklər və böcəklər peyda olub.

Moderator.az “Turkmenistan seqodnya” qəzetinə istinadən xəbər verir ki, ölkə prezidenti Qurbanqulu Berdımuhamedov bu halın qarşısını almaq və kəpənəklərlə mübarizə aparmaq üçün xüsusi göstəriş verib.

“Bizim şəhərlərdə, kəndlərdə ekoloji rahatlığı təmin etmək dövlət siyasətinin prioritetlərindən biridir”-dövlət başçısı qeyd edib. Türkmən lider onu da vurğulayıb ki, kəpənəklər həm də bəzi yolxucu xəstəliklərin yayıcısı ola bilər. Ona görə ölkə səhiyyəsinə cavabdeh olanların qarşısında tezliklə kəpənək probleminə son vermək üçün konkret vəzifələr qoyub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR