Çin 2025-ci ilədək kosmosa 100 peyk göndərəcək

11-07-2019, 10:25 306 dəfə baxılıb

Çin 2025-ci ilədək kosmosa 100 peyk göndərəcək


Çin 2025-ci ilədək kosmosa 100 süni peyk göndərəcək.

Azerinfo.tv xəbər verir ki, bunu Çinin Milli Kosmik Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Yuy Tsi bəyan edib.

Pekində keçirilən coğrafiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda çıxış edən Yuy Tsi bildirib ki, son illər Çin aerokosmik texnologiyaların və müvafiq sənaye sahələrinin inkişafında böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu ölkənin kosmik proqramı daha sürətlə inkişaf edir və milli istehsala əsaslanır. Bu isə, öz növbəsində, ölkə iqtisadiyyatına daha çox fayda gətirir.

Çin eksperti əlavə edib ki, son doqquz ildə ölkədə məsafədən zondlama texnologiyaları daha da təkmilləşdirilib və artıq 20 təsərrüfat sahəsində istifadə olunur. Bu texnologiya torpaq resursları, ekologiya, meşə və kənd təsərrüfatı sahələrində tətbiq edilir. Eyni zamanda, kosmik aparatların geniş və daha mükəmməl çeşidlərinin istehsalı Çinin komik proqramının əsas hədəflərindəndir. Elmi, retranslyasiya, telekommunikasiya, naviqasiya peykləri ilə yanaşı, ölkədə asteroidlərin və Marsın tədqiqi üzrə texnologiyalar hazırlanır. Çin 2020-2025-ci illərdə bu göy cisimlərinin səthinin öyrənilməsi üzrə ardıcıl fəaliyyətə başlayacaq.

Rəsmi statistikaya əsasən, hazırda kosmik məkanda Çinin 200-dən çox peyki fəaliyyət göstərir ki, bu da orbitdə olan bütün aparatların üçdəbiri deməkdir. Bu ölkədə kosmosa ümumilikdə 307 peyk və kosmik gəmi göndərilib. Onlardan 39-u ötən il kosmik fəzaya buraxılıb. Cari ildə Çində orbitə 30 süni peykin göndərilməsi nəzərdə tutulur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR