3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

4-11-2026, 08:02 20 dəfə baxılıb

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək


3 yaşınadək uşağı olan sığortaolunan analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.

Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR