Ankara terroruna görə axtarılan azərbaycanlı qadın barədə — YENİ MƏLUMAT

18-10-2015, 14:23 706 dəfə baxılıb

Ankara terroruna görə axtarılan azərbaycanlı qadın barədə — YENİ MƏLUMAT

















Ötən həftə Ankarada törədilmiş partlayışla bağlı şübhəli şəxs kimi axtarılan Ülkər Məmmədovaya qarşı Azərbaycanda cinayət təqibi aparılmayacaq”, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib

“Ülkər Məmmədova oturma izni ilə gəlib, uzun müddətdir, ailə qurub Türkiyədə yaşayıb, uşağı var. Onun Türkiyədə törətdiklərinə görə Azərbaycan məsuliyyət daşımır. Amma onunla bağlı aparılan iş nəzarətimizdə olacaq”, baş konsul bildirib.

Türkiyə mətbuatı 100-ə yaxın insanın ölümü ilə nəticələnmiş partlayışa görə 21 nəfərin axtarıldığına dair məlumat yayıb. Axtarılan şəxslərdən biri Ülkər Məmmədova adlı bir qadındır.

Axtarışa aid xəbərlərdə Ülkər Məmmədovanın hansı ölkədən olduğu haqda yazılmasa da, Azərbaycan mətbuatında onun azərbaycanlı olma ehtimalından bəhs edilmişdi.

Azərbaycanın İstanbul Baş Konsulluğunun Türkiyə polisinə verdiyi sorğudan sonra adıçəkilən qadının Azərbaycan vətəndaşı olduğu təsdiq edilib, baş konsul Həsən Zeynalov deyib.

Türkiyə paytaxtında şənbə günü baş vermiş iki partlayış nəticəsində 100-ə yaxın insan həlak olub. İndiyədək heç bir qrup partlayışlara görə məsuliyyəti üzərinə götürməyib.

Baş nazir Ahmet Davutoğlunun bildirdiyinə görə, partlayışlara görə əsas şübhə İslam Dövləti qruplaşmasının üzərinə düşür. Hökumət hesab edir ki, partlayışı iki intiharçı törədib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR