Afrika ölkəsi elə bir rekorda hazırlaşır ki...

30-07-2019, 11:45 385 dəfə baxılıb


Afrika ölkəsi elə bir rekorda hazırlaşır ki...
Yaxın günlərdə Afrika qitəsində yerləşən və əhalisinin çoxluğuna görə diqqət çəkən Efiopiya dünya rekorduna imza atacaq.

Əhalisi 100 milyon nəfər olan və səhralaşmaya qarşı ciddi mübarizə aparan Efiopiyada adambaşına 2 ağac əkilməsinə qərar verilib ki, bu da nəticə etibari ilə 200 milyon ağac deməkdir.

Yaşıllaşdırma ilə bağlı kampaniyanın Efiopiyanın baş naziri tərəfindən başladıldığı bildirilir. Məlum kampaniyada bütün məmur kontingentinin iştirakını təmin etmək üçün rəsmi tətil elan edilib.

Mütəxəssislər hesab edir ki, kampaniya uğurla başa çatdırılacağı təqdirdə bu, Efiopiyanın ənənəvi simasını ciddi şəkildə dəyişəcək və “qızıl qumlar ölkəsi”nə “yaşıl don” bəxş edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR