Varlısı çox varlı, yoxsulu çox yoxsul olan ölkə

26-09-2019, 10:27 306 dəfə baxılıb

Varlısı çox varlı, yoxsulu çox yoxsul olan ölkə



Türkiyədə yoxsulların sayı dəhşətli dərəcədə artıb.

Bu ilin ilk yarısında aylıq gəliri 852 lirədən aşağı olan 366 min nəfər sosial yardıma möhtac olub. Nəticədə “Yaşıl kart” sahiblərinin sayı 8 milyon 628 minə çatıb.

Türkiyə Sosial Müdafiə Təşkilatının (SGK) məlumatlarına görə, bu ilin ilk 6 ayında dövlətin sosial dəstəyinə ehtiyacı olan şəxslərin sayı 366 min nəfər artaraq 8 milyon 628 min nəfərə çatıb.

Qanuna görə, eyni ailədə yaşayanların adambaşına düşən gəlir miqdarı, minimum əməkhaqqının üçdə birinin, yəni 852 lirə 66 qəpikdən aşağı olanlar sağlamlıq xidmətlərindən “Yaşıl kart”la pulsuz yararlanır.

Eyni ailədəki adambaşına gəlir 852.66 lirədən çox olarsa, aylıq 76.7 lirəlik Ümumi Tibbi Sığorta (GSS) mükafatını özü ödəyir. Ancaq 20-25 yaş arasındakı lisey və universitet məzunları valideynlərinin sığortası üzərindən GSS ödəmədən sağlamlıq xidmətlərindən faydalana bilərlər.

Valideynlərinin sığortası olmayanların isə dövlət tərəfindən ödəniləcək mükafatı GSS tərəfindən əhatə olunmuş hesab olunur.

Sosial Müdafiə Təşkilatının məlumatlarına görə, Ümumi Tibbi Sığorta mükafatını ödəyənlərin sayı bu ilin ilk yarısında 147 min artaraq 2 milyon 469 min nəfərə çatıb. Bu sürətli artım sosial təminat sistemindəki tarazlığın pozulmasına səbəb olur və insanların iqtisadi böhran səbəbindən sürətlə yoxsullaşdığını göstərir.

Sosial Müdafiə Təşkilatının məlumatına görə, 82 milyon 3 min 882 nəfər əhali içində 70 milyon 536 min 529 nəfər sosial təminatın daxilində yer alır.

Həmçinin 22 milyon 260 min nəfər aktiv işçi, 12 milyon 828 min nəfər təqaüdə çıxmış, 35 milyon 27 min nəfər isə asılıdır, yəni anasının, atasının və ya həyat yoldaşının sığortasından faydalanır. Bundan əlavə, 420 mindən çox insan özəl fondlarda sığorta vasitəsilə xidmətlər alır. Qalan 11.5 milyon vətəndaş isə sosial təminat sistemindən kənarda yaşayır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR