Hakim cinayətkarı zorlanmaqla qorxutdu

1-11-2015, 13:10 533 dəfə baxılıb

Hakim cinayətkarı zorlanmaqla qorxutdu

















“Siz bilirsiniz gənc oğlanlarla türmədə nə edirlər?”

Amerikanın Nyu-Meksiko ştatında məhkəmə prosesi zamanı hakim oğurluqda təqsirli bilinən 18 yaşlı gənci türməyə düşəcəyi təqdirdə gündəlik zorlanmaqla qorxudub.

Bu barədə azinfo.tv The Independent nəşrinə istinadən xəbər verir.

“Siz bilirsiniz gənc oğlanlarla türmədə nə edirlər? Sizinlə nələrin baş verə biləcəyindən hər-hansı bir məlumatınız var? Mən kobud danışmaq istəmirəm, lakin sizinlə orada hər gün baş vərəcək hadisələr çox xoşəgəlməzdir”, - hakim Kristina Arqires deyib.

Təqsirləndirilən şəxs İsaya Qey isə bildirib ki, cinayəti “gənc və ağılsız” olduğu üçün törədib.

Məhkəmə Qeyə 5 il şərti cəza verib.

Amerika mətbuatı yazır ki, yüngül cəzanın əsas səbəblərindən biri - hakim Kristina Arqiresin cinayətkarın taleyi üçün narahatlıq hissi keçirməsi olub. Evlərin qarətinə görə onu 15 il müddətinə azadlıqdan məhrum edə bilərdilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR