"Nuh da erməni olmuşdur, hətta Allah da ermənidir..."

19-12-2019, 20:05 434 dəfə baxılıb

"Nuh da erməni olmuşdur, hətta Allah da ermənidir..."

Ermənistanın Talin şəhərində “soyqırım qurbanları”nın xatirəsinə meşə salınmasından bəhs etmişdik. Vurğulamışdıq ki, ABŞ-dakı erməni "ziyalıları" tərəfindən salınan bu meşə, guya ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Bakı, Sumqayıt, Gəncə və s. kimi şəhərlərdə ermənilərin “soyqırıma” məruz qalması ilə bağlı yalanı təbliğ etmək üçün salınıb.

ABŞ erməniləri heç vaxt baş verməyən “erməni soyqırımı” ideyasının təbliğini gücləndirmək üçün təbliğati müstəvidə yeni addımlara imza ataraq Ermənistanın Talin şəhərindəki “soyqırım meşəsi”nin və onun timsalında “soyqırım” ideyasının təbliği məqsədi ilə ABŞ-da xüsusi təqvim nəşr etdirib. Təqvim ilk baxışdan ekologiya ilə bağlı çağırışı əks etdirsə də, məqsəd uydurma “soyqrım” ideyasını təbliğ etmək, dünyanı bu yalana inandırmaqdır.

Deyəsən, belə getsə bu inadkarlıqla ermənilər 5 qitənin də onların əcdadlarına məxsus olduğunu dünyaya isbatlaya biləcəklər. Erməniləri bu ehtirasa, bu israra sövq edən nədir?

Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bu ritorik sualımıza maraqlı cavab verib:

"Siz zarafat edirsiniz, amma ermənilər elə bir sağalmaz xəstəliyə tutulublar ki, onları müalicə etmək, bu xəstəlik epidemiyasının yayılmasının qarşısını almaq çox çətinləşir. Həqiqətən bu ölkədə hesab edənlər var ki, ermənilər dünyanın ən qədim xalqıdır, Nuh da erməni olmuşdur, hətta bizim hər zaman adını nifrətlə çəkdiyimiz Zori Balayan adlı şəxs Qarabağda bir toyda çıxış edib deyir ki, Allah da ermənidir, hətta Qarabağlıdır. Onun bu çıxışının videosu da var. Ermənistanda bir cəmiyyət var, adı "Erməni Arilər Cəmiyyəti"dir, onların saytı da var. Deyirlər ki, biz Ari irqdən gəlirik, dünyanın ilk insanı biz olmuşuq və bütün xalqlar bizdən törəmişdir... İndi siz deyin, bu xəstəliyin müalicəsi mümkün olacaqmı? Ermənistanın Talın bölgəsində (Talin deyil, Talın) "soyqırım" mesəsi salınmasına gəlincə, dediyimiz eyni səbəbdəndir ki, onlar bu addımı atırlar. Bu bir ideologiya deyil, heç siyasət də belə olmur. Talın əvvəla Azərbaycan türklərinin ən qədim məskənlərindən biridir və keçən əsrin əvvəllərində burada yaşayan xalqımıza qarşı əsl qətliamlar törədilib, təəssüf ki, bundan çox da bəhs edilmir. Ermənilərin buranı seçməsi də səbəbsiz deyil. Əkdikləri ağacı da siyasiləşdirərək özlərinin haqsız iddalarına vasitə seçmək yolu tuturlar. Belə bir millətlə bizim nə sözümüz ola bilər ki?.."


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR