Bədəninə şiş batırdı, bir damcı qan tökülmədi – VİDEO/FOTO 18+

11-11-2015, 09:19 692 dəfə baxılıb

Bədəninə şiş batırdı, bir damcı qan tökülmədi – VİDEO/FOTO 18+

















Hollandiyalı dizayner, rəssam Mirin Dajo (əsil adı Arnold Qerrit Henskedir) dünya tarixinə qeyri-adi insanlardan biri kimi düşüb. Çünki o, öz ixtisasından daha çox qeyri-adilikləri ilə məşhurlaşıb

Hamının gözləri qarşısında xəncəri, nizəni və digər soyuq silahları asanlıqla bədənindən keçirməklə milyonlarla insanı heyrətləndirirdi.

Bir çoxları onu dünyanın ən möcüzəli insanı adlandırır. Arnold Henske möcüzə mənasını verən Mirin Dajo adını soyuq silahları bədəninə batırmağı nümayiş etdirdikdən sonra qazandı. Möcüzə təkcə onun silahları bədəninə batırıb keçirməsi ilə yekunlaşmırdı. Silahlar bu qeyri-adi insanın bədəninə batırıldıqda bir damla belə qan da axmırdı.
Amsterdam şəhərində doğulmuş holland qeyri-adiliyini hələ uşaq yaşlarında büruzə verməyə başlamışdı. Belə ki, o, heç vaxt xalasının üzünü görməmişdi. Cənubi Afrikada yaşayan xalası haqda ancaq valideynlərindən eşitmişdi. Lakin uşaq heç vaxt görmədiyi bu doğma insanın üz cizgilərini çəkdiyi portretdə elə ustalıqla yaratmışdı ki, valideynləri övladlarının bu cür qeyri-adiliyinə təəccüblənmişdilər.

Onun qeyri-adi cəhətləri başqa müəmmalı olaylarda da özünü göstərdi – Arnold yuxuda ikən, şəkillər çəkirdi. Səhər valideynləri onun barmaqlarının rəngli olduğunu görürdülər. Çəkdiyi şəkillər isə adətən stolun üstündə olurdu. İndi bir çoxlarına yuxu, lunatizm, röya kimi görünən bu qeyri-adiliklər hollandiyalı uşağı hələ erkən yaşlarında izləyirdi.

Arnoldun möcüzəli transformasiyası – xəncəri, nizəni və digər soyuq silahları bədənindən keçirmək qabiliyyəti onun 33 yaşı olarkən üzə çıxdı. O, əvvəlcə şüşə qırıntılarını və ülgücü uddu. Sonra isə iddia etdi ki, həm bədənindəki şüşə qırıntısı, həm də ülgüc orqanizmini daha da sərtləşdirib. Bədəninə batırdığı soyuq silahlar elə bu səbəbdən onun orqanizmini zədələyə bilmirlər.

İxtisasını atıb Amsterdamda müxtəlif proqramlarla çıxış edən Arnold – möcüzəli insan - Mirin Dajo adını aldı. O, az müddətdə yalnız Amsterdamda, Hollandiyada deyil, bütün dünyada populyarlaşdı. Beləcə, bədəninə ən təhlükəli soyuq silahları batıran, orqanizmində heç bir qanaxması baş verməyən bu şəxs bütün bəşəriyyəti insanın qeyri-adiliklərə malik olacağı haqda inandıra bildi.

1948-ci ilin 26 mayında vəfat edən dünyanın ən qəribə, qeyri-adi insanı ölməzdən əvvəl daha bir qeyri-adiliyə imza atdı. Dostu Yan de Qrott bildirdi ki, Dajo Hollandiyadan İsveçrəyə gələrkən vətənini bir daha görməyəcəyini ona deyibmiş. Bütün bunlar onun öləcəyi haqda əvvəlcədən məlumatlı olmasından xəbər verirdi.

Bədəninə şiş batırdı, bir damcı qan tökülmədi – VİDEO/FOTO 18+
Bədəninə şiş batırdı, bir damcı qan tökülmədi – VİDEO/FOTO 18+


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR