“Bütün İtaliya bağlıdır“ - Baş nazir 60 milyon insana “evdə oturun!“ tapşırığı verib

11-03-2020, 18:12 204 dəfə baxılıb


“Bütün İtaliya bağlıdır“ - Baş nazir 60 milyon insana “evdə oturun!“ tapşırığı verib
İtaliyanın "Corriere della Sera" qəzeti martın 10-da belə bir başlıqla çıxıb:"Hazırda bütün İtaliya bağlıdır" Ölkədə bütün böyük toplantılar və açıq havada keçirilən tədbirlər dayandırlıb. Barlar və restoranlar axşam saat 6-a kimi qapalıdır. Universitetlər və məktəblər aprelin 3-ə kimi bağlı qalacaq.

İtaliyada 60 milyondan çox adama evdə oturmaq tapşırığı verilib. Məqsəd koronovirusun yayılmasının qarşısını almaqdır.

Baş nazir Cüzeppe Conte bazar ertəsi gecə çıxış edib, hər kəsə evdə oturmaq lazım olduğunu deyib və ictimai yerdə toplantılara qadağa qoyub: “Bizim vaxtımız yoxdur. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm. Bizim gələcəyimiz öz əlimizdədir”.

Gecə hökumətin karantin qərarı elan olunanda Roma sakinləri supermarketlərə axışıb qida tədarükü görüblər. İndi Roma küçələrində tibbi maskalı adamlar daha çox gözə dəyir.

İtaliya Avropada virusun ən çox yayıldığı ölkədir. İndiyə qədər 463 bu virusdan vəfat edib, 9,172 yoluxma halı qeydə alınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR