Erməni deputatın evi atəşə tutuldu - Gürcüstanda silahlı insident

27-03-2020, 10:55 158 dəfə baxılıb

Gürcüstanda ermənilərin də məskunlaşdığı Axalkalaki bölgəsində silahlı insident baş verib.


Erməni deputatın evi atəşə tutuldu - Gürcüstanda silahlı insident






Martın 26-da Gürcüstan parlamentinin erməni mənşəli deputatı Enzela Mkoyanın Axalkalakidəki evi odlu silahla atəşə tutulub.



Moderator.az xəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb.



Məlumata görə, deputatın evinə çoxsaylı insanlar toplaşıb, lakin bu barədə heç kim danışmaq istəmir, hadisə yerinə təcili yardım maşınları da gəlməyib.



Bildirilir ki, atəş E. Mkoyanın evinin yaxınlığındakı kafelərdən birindən açılıb. Kafenin isə Gürcüstan parlamentinin sabiq deputatı Samvel Petrosyana məxsus olduğu deyilir.



Hələlik hadisə barədə rəsmi məlumat verilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR