Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi və Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyib.
O bildirib ki, aktyor Lerik rayonunun Çayrud kəndində dəfn olunacaq.
Qeyd edək ki, 70 yaşlı aktyor Aslan Fətullayev Moskvada vəfat edib. Yaxınlarının bildirdiyinə görə, o, bir müddət əvvəl Moskvada bağırsağından əməliyyat olunub.
loading...