Rus qırıcısı türk pilotun xəbərdarlığına məhəl qoymayıb — SƏS YAZISI

25-11-2015, 13:06 681 dəfə baxılıb

Rus qırıcısı türk pilotun xəbərdarlığına məhəl qoymayıb — SƏS YAZISI

















"Təcili olaraq istiqamətinizi cənuba dəyişin!"

Türkiyə Rusiyaya məxsus “Su -24” tipli hərbi təyyarəyə vurulmadan öncə edilən xəbərdarlığın səs yazısını yayıb.

Rəsmi Ankara həm prezident Ərdoğanın, həm də baş nazir Davudoğlunun dili ilə hadisədən sonra yaydığı bəyanatda Rusiya qırıcısına dəfələrlə xəbərdarlıq olunduğunu, buna baxmayaraq "SU-24" təyyarəsinin Türkiyə hava sərhəddini pozmağa cəhd etdiyini bildirib.

Bizimhedef.info Türkiyənin "FOX" telekanalının analitik informasiya proqramında türk F-16 pilotunun rus pilotlara etdiyi xəbərdarlığın audioyazısı yayımlanıb.

Səs yazısında türk pilotun 5 dəqiqə ərzində 10 dəfə rus pilotuna ingilis dilində, “Türk hava sərhədlərinə yaxınlaşırsınız. Təcili olaraq istiqamətinizi cənuba doğru dəyişin!”-deyə xəbərdarlıq edilsə də rus qırıcısının pilotları buna məhəl qoymayıb.

Xatırladırıq ki, dünən Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiya hərbi aviasiyasına aid "SU-24" qırıcısını vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR