Türk ordusu İŞİD-i bombaladı

24-07-2015, 12:37 935 dəfə baxılıb

Türk ordusu İŞİD-i bombaladı
















Suriya ilə sərhəddə əməliyyat

Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddə terrorçu İŞİD yaraqlılarının mövqelərinə aviasiya zərbələri endirib.

azinfo.tv türk mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş nazirliyinin koordinasiya mərkəzi yayıb.

Bildirilir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu keçirdiyi fövqəladə iclasda İŞİD yaraqlılarının ölkəsinə qarşı hücumlarının qiymətləndirildiyini, cavab tədbirlərinin görüləcəyini bəyan edib.

Bu çerçevede, DAEŞ terör örgütüne yönelik bir hava operasyonu düzenlediği kaydedilen açıklamada, şu ifadelere yer verildi:
İclasda qəbul edilən qərarlara əsasən, bu gecə yerli vaxtla saat 03:12-də (Bakı vaxtı ilə saat 01:12 – red.) Türkiyə Hərbi Hava Qüvvələrinin Diyarbəkirdə yerləşən bazasından 3 F-16 qırıcı-bombardmançısı havaya qalxaraq, Suriyada İŞİD-ə aid 3 hədəfə raket-bomba zərbəsi endirib.

Əvvəlcədən yeri müəyyənləşdirilən 2 qərargah və 1 toplanış məntəqəsinə 4 idarəolunan bomba ilə zərbə endirilib.

Qeyd edək ki, Baş nazir Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilən iclasda Türkiyə hökuməti ölkənin təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlərin görüləcəyi bəyan edilib.

“Çoxsaylı mülki vətəndaşlarımızın və təhlükəsizlik əməkdaşlarımızın öldürülməsi ilə nəticələnən mənfur hücumlara qarşı tədbirlər nəzərdən keçirilib. Beynəlxalq təhlükəsizliyimizin qorunması üçün bütün növ tədbirlərə icazə verilməsi, zəruri addımların atılması qərara alınıb”, - deyə, Davudoğlu hökumətinin bəyanatında bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR