İsraildə 40 məscid bağlanıb və ya sökülüb, 17-i isə əyyaşlıq obyektinə çevrilib…-RƏZALƏT

30-07-2020, 21:35 91 dəfə baxılıb

Israildəki Ərəb Vətəndaşların Işləri üzrə Yüksək Komitə tərəfindən aparılan bir araşdırma ölkə rəsmilərinin onlarla məscidi sinaqoqlara və dinə heç bir aidiyyatı müəssisələrə çevirdiklərini üzə çıxarıb.


Moderator.az xəbər verir ki, bu haqda Türkiyənin “Daily Sabah” nəşri məlumat yayıb.

Məlum olub ki, 15 məscid İsrail hakimiyyəti tərəfindən sinaqoqlara çevrilib, daha 40 məscid isə bağlanıb və ya sökülüb. Bununla belə, insan haqları fəallarının aşkar etdiyi ən şok fakt 17 məscidin alkoqollu içkilərin qəbul edildiyi iaşə obyektlərinə, kafe, bar, restoranlara, anqarlara və s. çevrilməsi olub.



O cümlədən, Safed şəhərindəki Əl-Əhmər məscidi konsert salonuna, Kesariyadakı əl-Cədid məscidi isə bara çevrildi. Bənzər aqibət Hayfa şəhərindəki Ayn Haud məscidində və Yaffadakı Əl-Siksik məscidinin üst qatının başına gəlib.

Komitə sözçüsü Kamal Xətibin sözlərinə görə, Fələstin məscidləri müsəlman və xristian kimlik təzahürlərini məqsədyönlü şəkildə silməyə çalışan İsrail hakimiyyəti üçün asan bir hədəf halına gəlib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR