Tələbələri ən az xərcə salan ölkələr: - Neft ölkələrində pulsuz təhsil

12-08-2020, 20:50 358 dəfə baxılıb

Tələbələri ən az xərcə salan ölkələr: - Neft ölkələrində pulsuz təhsil

Xəbər vediryimiz kimi, millət vəkili Erkin Qədirli 5 avqust tarixində keçirilən parlamentin növbədənkənar sessiyasının iclasında təhsil haqları ilə bağlı mübahisəli məqama toxunub.

O, 2020-2021-ci tədris ili üçün ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqlarının ən azından yarıbayarı azaldılmasını təklif edib.

Paytaxtdakı bəzi universitetlərdə təhsil haqqları kifayət qədər yüksəkdir. Yerli universitetlərdə ən bahalı ixtisaslar hüquqşünaslıq, beynalxalq münasibətlər, iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, eləcə də tibb sahəsi üzrə müalicə işi və əczaçılıq ixtisaslarıdır. Hazırda Azərbaycan universitetlərində illlik təhsil haqqı min manatdan 9 min manatadək dəyişir.

Təhsilin keyfiyyəti isə tələb edilən qiymətindən aşağıdır.

Lakin tələbələrin təhsil haqqından azad edildiyi və ya qiymətlərin aşağı olduğu ölkələr də var.

Cebhe.info həmin ölkələrlə bağlı araşdırma edib.

Qeyd edək ki, nefti olan ölkələrin demək olar, hamısında təhsil pulsuzdur. Üstəlik ali məktəblərdə təhsil alanların hamısı kifayət qədər yüksək təqaüd alır və tələbə yataqxana ilə təmin edilir.

Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.

Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı, tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardır.

İsveçdə 68 faiz gənc ali təhsil alır. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 20 min 864 dollar təşkil edir.

İsveç ən çox xarici tələbənin təhsil aldığı ölkələrdəndir. İsveç vətəndaşları, Avropa Birliyinin ölkələrinin vətəndaşları, eyni zamanda yaşayış icazəsi alanlar üçün ali təhsil pulsuzdur.

Danimarkada oxuyan gənclər 55 faiz təşkil edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci – 17 min 634 dollar təşkil edir.

Finlandiya da öz vətəndaşları üçün təhsili pulsuz edib. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 15 min 402 dollardır. Ali təhsil ibtidai təhsil kimi ölkə vətəndaşları üçün AB ölkələrindən və Avropa Birliyindən gələn əcnəbilər üçün tamamilə pulsuzdur. Finlandiya təhsili maliyyələşdirmək üçün istifadə edilə bilən və ya gündəlik xərclərinə xərclənən təqaüd və qrantlar ayırır.

İrlandiyada bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 16 min 284 dollardır. Ölkədə 196 min tələbə təhsil alır, onlardan 11 mini xarici vətəndaşlardır. Təxminən, 16 min irlandiyalı tələbə xaricdə təhsil alır.
Ali təhsil alan gənclər İslandiyada 77 faiz təşkil edir. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 10 min 429 dollardır. İslandiyada da ölkə vətəndaşları üçün təhsil pulsuzdur, lakin bir çox islandiyalı xaricdə təhsil alır.

Elə Norveçdə də rəqəm İslandiyadakı kimidir – 77.faiz. Bir tələbənin ali təhsil almaq üçün dövlət xərci 18 min 942 dollardır. Norveçin hər universitetində bir yataqxana, yeməkxana, idman salonu və kitabxana var. Dövlət yalnız təhsil səviyyəsinin yüksək olmasına deyil, həm də tələbələrin istirahəti ilə maraqlanır.

Estoniyada ali təhsil ödənişlidir. Lakin Estoniya Universitetləri öz vətəndaşlarına olduğu kimi, əcnəbi tələbələrə də təqaüdlü təhsil imkanı yaradır. Belə ki, Estoniyaynın ən qabaqcıl universitetlərindən olan - Tallin Texnologiya Universitetində demək olar ki, təhsil alan tələbələrin 70%i təqaüdlü təhsil alır, yəni təhsil haqqından azad olur.

Həmçinin Şotlandiya, Malta, Avstriya, Yunanıstan və Monteneqro da təhsili öz vətəndaşları üçün pulsuz edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR