Qarabağdakı hərbi hissənin komandanlığı qaçıb, erməni hərbçilər özbaşına qalıb

27-10-2020, 15:10 283 dəfə baxılıb

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan hərbçilərinin ərzaq və başqa bu kimi ehtiyaclarının ödənilməsində yaranmış problemlə bağlı yayılan videogörüntülər qalmaqala səbəb olub.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Polis bildirib ki, hərbi hissənin komandanlığı döyüş bölgəsindən qaçıb və həmin əsgərləri taleyin hökmünə buraxıblar. Məlumata görə, hərbçilər döyüş bölgəsində komandirsiz qaldıqlarından ərazini özbaşına tərk ediblər.

Hadisə ilə bağlı polis araşdırma aparır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR