Qarabağda erməni əsgərin ölümünə görə iki hərbçi tutuldu

13-05-2020, 22:47 271 dəfə baxılıb

Qarabağda erməni əsgərin ölümünə görə iki hərbçi tutuldu


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər Suren Markaryanın ölümü ilə əlaqədar iki hərbçi tutulub.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan hərbçilər leytenant H.H və kiçik serjant Q.S-dir.

Hadisə mayın 10-da axşam saatlarında Qarabağda yerləşən hərbi hissələrdən birinin mühafizə postunda baş verib. 2001-ci il təvəllüdlü Markaryan güllə yarasından ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, istinataq davam edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR