Bütün dünya koronavirusla boğuşur, Asiya ölkələri isə virusa qalib gəlib-NİYƏ?

25-11-2020, 10:14 118 dəfə baxılıb

Koronavirusun ikinci dalğası Qərb ölkələrini ağuşuna alıb. Yoluxanların sayı rekord vurur.

Qadağalardan bezən amerikalılar və avropalılar mitinqlərə çıxır. Ruslar hələ də heyrətlə ən pis ssenarilərə hazırlaşır.

Ancaq palanetin elə bir nöqtəsi var ki, orda pandemiyanın birinci dalğasına qalib gəliblər. İkinci dalğasına isə ümümiyyətlə yol verməyiblər.

Söhbət Cənub-Şərqi Asiya ölkələrindən gedir.



Kaim.az bildirir ki, pandemiyanın ən qızğın çağında Çin və onun yaxın qonşuları- Yaponiya, Tayvan, Vyetnam, Cənubi Koreya səhiyyəsi bu imtahandan üzü ağ çıxdı.

Koronavirusun vətəni olan Çində yoluxanların sayı 90 mini keçmədi. Xatırladaq ki,indi Azərbaycan bu rəqəmə yaxınlaşır.

Hazırda Çində karantin tədbirləri çoxdan ləğv olunub.

Buna bəxti gətirmək də demək olmaz. Görən asiyalıların uğuru nədədir?

Səbəb asiyalıların mədəniyyətində, dinində və adətlərindədir.

Özündən həm yaşca böyüklərə, həm də “yuxarılara” hörmət etmək, sözündən çıxmamaq bu xalqların qanındadır.

Hətta demokratiya belə bu adəti Yaponiya, Tayvan və Cənubi Koreya sakinlərinin təfəkküründən çıxara bilməyib.

Hökumət əhalidən nə tələb edirsə mütləq şəkildə əməl edilir.

Həmçinin avtoritar Çin, Sinqapur və Vyetnamda da karonovirusla bağlı qadağaları pozmağa kimsə cürət etmir.

Yaponiyada heç sərt karantin rejimi olmayıb. Ancaq ölkədə maska taxmayan vətəndaş tapa bilməzsən.Həmçinin sosial məsafəni də hamı qoruyur.

Nəticə- 120 milyonluq ölkədə cəmi 131 min yoluxma və 2 min ölüm.





Sinqapurda Yaponiyadan fərqli olaraq sərt tədbirlər və cəzalar müəyyənləşmişdi. Bunun nəticəsində sinqapurlular COVİD-19-u artıq tarixə qovuşmuş sayır.

Vyetnam da koronavirusa sərt karantin tədbirləri ilə qalib gəlib.

Ölkənin baş naziri Nquen Sian Fuk əhalinin nizam-intizamını yüksək qiymətləndirib və müharibə dövründəki əhval-ruhiyyə ilə müqayisə edib.



Tayvanın da nümunəsi maraqlıdır. Çinlə sərhəd olan bu ölkədə cəmi 611 yoluxma və 7 ölüm hadisəsi olub.

Oktyabr ayında xəbər verildi ki, ölkədə 200 gün ərzində yoluxma olmayıb.

Bir şeyi də unutmayaq. Asiyalılar hətta karonovirusdan əvvəl də maska taxırdılar.

Çin Covid-19-dan əvvəl də başqa viruslarla mübarizə aparıb.

1997-ci ildə quş qripi, 2003 (SARS), 2010 (SFTS) epidemiyaları ilə mübarizədə çinli həkimlər püxtələşiblər.

İlqar Atabəyli


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR