Andranik Köçəryana Ermənistanda niyə “Türk bayrakdarı” deyirlər?

24-12-2020, 23:04 148 dəfə baxılıb

Deyirlər həyatda hər şey bumeranqdır. Kimə və haraya nə atsan axırda dönüb, dolaşıb özünə qayıdacaq. Eynən Ermənistandakı vəziyyət kimi. Ermənilərin indi yaşadığı vəziyyəti Azərbaycan 1991-1993-cü illərdə yaşayıb. O vaxt ermənilər rus ağalarının köməkliyi ilə torpaqlarımızı işğal etdi. Yenicə müstəqillik qazanan ölkəmiz bir tərəfdən erməni təcavüzü, bir tərəfdən də yeni iqtisadi münasibətlərin gətirdiyi iqtisadi problemlər Azərbaycanı çətin duruma salmışdı. İqtisadi-siyasi-hərbi böhran dərinləşdikcə, etiraz mitinqləri, istefa tələbləri bir-birini əvəz edirdi. Beləcə Azərbaycan yavaş-yavaş uçuruma gedirdi.

İndi Ermənistan o vəziyyətdədir. Hələ bizdən də bir az pis haldadır. 10 min əsgərin qanı, yüzlərlə erməni gözəlinin canı, xaricdəki ermənilərin milyonları bahasına və rus ordusunun təmənnalı yardımı hesabına işğal olunan Azərbaycan torpaqları cəmi 44 gün ərzində geri alındı. Beləcə, arada ermənilərin milyonları, 10 min erməninin qanı və yüzlərlə erməni gözəlinin canı bətvanəyə getdi. Ən başlıcası, ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” ideologiyası suya düşdü. Beləcə, ermənilərin 200 illik mübarizəsinin boş və mənasız olduğu ortaya çıxdı. Bu gün Ermənistanı çalxalayan 200 illik mübarizənin mənasızlıq fikridir. Heç kim bunu dilə gətirmir və yaxud dilə gətirməyə qorxur. Amma hamı bu sualdan asılı qalıb, Hamı bu suala cavab axtarır:

Bu faşist ideologiyası ermənilərə nə verdi? Cavab bəllidir. Amma onu etiraf etmək qüdrəti heç kimdə yoxdur. Çünki bu həqiqəti dilə gətirən adam yerindəcə daş-qalaq ediləcək. Ona görə də bu həqiqətin acısını ermənilər bir-birindən çıxır. Hamı günahkar axtarır. Hər kəs günahkar qismində görünür. Bu azmış kimi vətəndaş yanğısı ilə ağllı təklif verən istənilən erməni də lənətlənir, xalq düşməni səviyyəsinə endirilir. Məsələn, Andranik Köçəryan kimi. Bu ermənini indi Ermənistanda hamı xalq düşməni, türklərin adamı kimi lənətləyir. Nəyə görə? Sadə bir həqiqəti dediyinə görə. O bu yaxınlarda demişdi ki, “Ermənistanın inkişafı qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla xoş münasibətdən keçir”. Zavallı erməni bu fikrinə görə xalq düşməni elan edildi. O gün bir erməni qəzetində oxuyuram ki, Andranikə yen ad da tapıblar: Türklərin bayraqdarı.

İndi Ermənistanda belə bir atmosfer hökm sürür. Əslində bunu havasızlıq şəraiti də adlandırmaq olar. Çünki havasızlıq şəraitində hərəkət etmək insanın öz əlində deyil. Və nə zaman, haraya düşəcəyini də bilmirsən. Bu gün Ermənistanda da hamı havasızlıq şəraitində uçur. Yapışmağa da bir şey yoxdur. Çünki ermənilərin xəstə ideologiyaları onları təkcə türklərlə düşmən etmədi. Ermənistanı bütün dünya ilə qarşı-qarşıya qoydu. Bəs ideologiyanın məğzi nədir?

Əvvəla, Qaragen Njdenin xəstə ideologiyasına görə ermənilər bütün dünyanın vahid “ağ adam”larıdır. Dünyada yaxşı nə varsa, ermənilərin olmalıdır. Sivilizasiyanı da onlar idarə etməlidirlər.

İkincisi, Qaragen Njde “fəlsəfəsi”nə görə xristian aləmi ermənilərə bu “müqəddəs” yolda ən sadiq yardımçı olmalıdırlar. Yəni haqq-nahaq xristian aləmi erməniləri müdafiə etməlidir. Bunu da belə əsaslandırırlar ki, islam yer üzündə gec-tez xristianlığa qalib gələcək. Və bu prosesi isə yalnız ermənilər durdura bilər. Ona görə də hər bir xristianın borcudur ki, ermənilərə “bu nəcib” işdə yardım etsin. Təsadüfi deyil ki, bu gün erməni çoxluğu son məğlubiyyətlərinə görə bir Paşinyanı, bir də ABŞ, Avropa və Rusiyanı günahlandırır. Açıq şəkildə mətbuatda deyirlər ki, ikinci Qarabağ müharibəsində ABŞ başını seçkilərə qatdı, Avropa koronavirusu bəhanə gətirdi və Ermənistan döyüş meydanında tək qoyuldu. Yardım deyəndə də pul-para nəzərdə tutulmur eyyyy… Hərbi dəstək nəzərdə tutulur. Ermənilərin fikrincə, ABŞ və Avropa İttifaqının qoşunları gəlib Azərbaycana qarşı vuruşmalı idi. Guya Ermənistan-Azərbaycan müharibəsi xırda etnik münaqişə yox, böyük İslam-xristian qarşıdurmasıdır. Və bu məsələdə dünyanın xristian dövlətlərinin müqəddəs borcu idi ki, din qardaşlarının əvəzindən vuruşsunlar. Amma namərdcəsinə bunu etmədilər.

Rusiyaya münasibətdə isə ermənilər fərqli mövqe tutublar. Burda turk faktorunu ortaya atıblar. Guya ermənilər Türkiyə və Azərbaycanla Rusiyanın maraqları üçün düşmən olublar (dənizdən-dənizə böyük Ermənista üçün yox haaa). Və 200 ildir ki,Türkiyə qarşısında ruslar üçün bir qalxan timsalıdırlar.

Təbii ki, ermənilərin bu xəstə təxəyyülləri müəyyən vaxtlarda ABŞ-nda, Avropa İttifaqının da, Rusiyanın da maraqlarına xidmət edib. Böyük dövlətlər ermənilərdən hər zaman bir maşa kimi istifadə ediblər. Məsələn, ASALA təxminən 70 il Avropada və dünyada böyük dövlətlərin sifarişlərini yerinə yetirən bir terror təşkilatı olub. Lakin son 20 ildə artıq böyük dövlətlərin onlara ehtiyacı qalmadı. Daha ucuz və daha radikal terror təşkilatları yaradıldı. Məsələn, Əl-Kaida, Taliban, İŞİD və sair. Bu gün ABŞ və Avropa İttifaqı bu qrupların hesabına həm islam aləmini gözdən salmaqla, həm də islam ölkələrini daxildən parçalamaqla onları zəiflədir, üstəlik istənilən dövlətləri bir-birinə düşmən edirlər. Beləcə, Ermənistanın “Xristianlığın xilaskarı” iddialarından ABŞ və Avropa İttifaqı canınını qurtarmış oldu. Və artıq böyük dövlətlərin Ermənistanın təmənnalı xidmətinə ehtiyacı qalmadı.

Rusiyaya gəldikdə isə Moskvada oturanlar nəhayət ki, başa düşdülər ki, “ən yaxın qohum qonşudur”. Yəni Türkiyə ilə düşmənçilik Rusiyaya ziyan gətirir. Son 10 ildə Rusiyanın Liviyada, Suriyada, İraqda və ən nəhayət Azərbaycanda Rusiyanın Türkiyəyə güzəştə getməsi bunun əyani sübutudur. Artıq rusların erməni qalxanına ehtiyacları qalmayıb. Ona görə də ABŞ, Avropa İttifaqı kimi Rusiya da Ermənistandan yavaş-yavaş üz çevirir. Necə deyərlər, erməni həyasızlığından canlarını qurtarırlar. Bunu görən erməni ideoloqları isə daha da quduzlaşırlar. On illər boyu təbliğ etdikləri ideologiya artıq dalana dirəndiyini görürlər. Və bunun günahını da Azərbaycanda görürlər. Burda bir həqiqət də var. Azərbaycan 44 günlük müharibə zamanı sanki dünya dövlətlərinin gözünü açdı. Onlara mənasız bir ideologiya xatirinə ölkələrinin imicinə dəyən böyük zərbənin mahiyyətini anlatdı. Azərabaycan sanki erməni xəstəliyinin vaksinini dünyaya təqdim etdi. Və dünya bundan sonra bəlkə bir az azad nəfəs ala.

Dünya ermənilərdən qurtulur. Bəs Ermənistan və Andranik Köçəryan, Karen Şahnazaryan, Karmen Qriqoryan kimi işıqlı adamlar faşist erməni ideyalarının daşıyıcılarının qəzəbindən qurtulacaqmı? Bunu yaxın gələcək göstərəcək…

Surxay Atakişiyev,

KONKRET.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR