Ermənistan Rusiyaya arxa çevirir: Qərb “molodes” deyir, amma... - TƏHLİL

28-03-2019, 13:44 425 dəfə baxılıb

Ermənistan Rusiyaya arxa çevirir: Qərb “molodes” deyir, amma... - TƏHLİL

Ermənistanda dövlət çevrilişi olandan sonra hakimiyyət Rusiyadan üz döndərib Qərbə doğru getmək imici yaratmağa cəhd etdi. Rusiyanın himayəsində olan Ermənistanın Qərbə meyl etməsi çox da təəccüblə qarşılanmır. Çünki ermənilər tarixən himayədarlarına xəyanətlə yadda qalıblar.

Maraqlıdır, Ermənistan doğrudan da Rusiyanın nəzarətindən çıxıb?

Məsələ ilə bağlı Modern.az-a danışan deputat, politoloq Rasim Musabəyovun sözlərinə görə, Ermənistan həmişə çalışıb ki, hər yerdən dəstək alsın:

“Ermənistan Rusiyanın nəzarətindən heç bir zaman çıxa bilməz. Ermənistana ən böyük dəstək Rusiyadan gəlib. Sadəcə olaraq bunlar istəyirlər ki, həm Rusiyanın dəstəyini saxlasınlar, həm də Qərbin dəstəyindən yararlansınlar. Qərbin dəstəyinə tam əmin olduqları halda əvvəlki himayədarlarına (Rusiyaya) arxa çevirməyi planlaşdırırlar. Ermənilər tarixən xəyanətlə yadda qalıblar. Rusiya da bunun fərqindədirlər, ona görə də öz münasibətlərini bu məsələni nəzərdə saxlayaraq qururlar. Qərbdən də onların qarşılarına şərtlər qoyurlar. Ermənilər istəyirlər ki, hər tərəfdən yardım alsınlar və bunun nəticəsində yaşasınlar, hələlik isə bu, baş tutmur”.

R.Musabəyovun sözlərinə görə, Qərb ermənilərə “molodes” deyib başlarını sığallayır, amma pul vermir:

“Qərb ermənilərə deyir ki, bu günə qədər sizə pul vermişik, bundan sonra pul verməyimizi istəyirsinizsə, dəyişməlisiniz. Ermənistanın dəyişməyi o deməkdir ki, Rusiyanın ətəyini buraxsın, gəlib Azərbaycanla münasibətləri normallaşdırsın. Ermənilər qalıblar ki, nə etsinlər. Xəyanət etmək Ermənilərin tarixi ənənələridir. Amma fikirləşirlər ki, birdən Qərb vəd etdiklərini gerçəkləşdirməsə, yenidən Rusiyanın ətəyini tuta biləcəklərmi?”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR