Virusun tüğyan etdiyi ölkə: morqlar dolub - ŞOK

3-01-2021, 17:57 122 dəfə baxılıb

COVİD-19 pandemiyası səbəbindən Kaliforniyada cənazələrin dəfn edilməsində ciddi sıxıntılar ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, pandemiya səbəbindən vəfat edənlərin sayında rekord artım olduğundan dəfn işlərini həyata keçirən mərasim evlərində yer tapmaq imkansız hala gəlib.

Şəhər rəhbərliyi cənazələrin uyğun şəkildə dəfn edilməsi üçün tədbirlər görməyə çalışsalar da, bir çox dəfnetmə şirkətləri yaxınlarını itirən ailələri geri qaytarır və yerlərin olmadığını bildirirlər.

Los-Angeles şəhərinin ən böyük dəfnetmə şirkətinin rəhbəri Magda Maldonado deyib ki, son günlər dəfn mərasimi ilə bağlı müraciətləri geri qaytarmaq məcburiyyətində qalıblar:

“40 ildir bu işlə məşğulam, amma bir gün belə mərasimlə bağlı müraciətə yerimiz yoxdur deyəcəyimi ağlıma gətirməzdim. Dəfnlə məşğul olan digər şirkətlərdə də eyni durumdur”

Qeyd edək ki, ABŞ-da COVİD-19 virusuna yoluxanlara 2 milyon 346 min nəfərlə Kaliforniya ştatı başçılıq edir. Ştatda virusdan ölənlərin sayı 26 mindən çoxdur.

ABŞ-da son 24 saatda virusdan 2069 nəfər həyatını itirib. Ümumilikdə bu bəladan vəfat edənlərin sayı 356 mindən çoxdur.teleqraf.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR