Rusiyada virusdan 24 saatda 511 nəfər öldü
Rusiyada ötən gün 28 948 nəfərə COVID-19 diaqnozu qoyulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahından bilirilib.
Məlumatlara görə, yeni yoluxmalardan sonra bu ölkədə koronavirusa yoluxanların sayı 2 848 377 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 511 nəfər artaraq 50 858-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 275 657 nəfər sağalıb.