Türkiyə ilkə İMZA ATIR: Polis “ATAK” hücum helikopterlərilə silahlanır

26-02-2021, 13:13 175 dəfə baxılıb

Türkiyə ilkə İMZA ATIR: Polis “ATAK” hücum helikopterlərilə silahlanırBu gün Türkiyənin Polis Təşkilatı milli hərbi sənayenin istehsalı olan "ATAK" hücum helikopterlərini öz silahlanmasına daxil edib.

Helikopterləri istehsal edən TÜSAŞ şirkətinin zavodunda polis təşkilatına onların təhvil verilməsi mərasimi keçirilib. Helikopterlər 23 millimetrlik avtomatik top, pulemyot və "hava-yer" raketləri ilə təchiz olunub.

Dünyada ilk dəfədir ki, polis qüvvələri bu cür hücum-döyüş vertolyotları ilə silahlanır. Bundan əvvəl helikopterlər Türkiyə ordusunun silahlanmasına daxil edilmişdi.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən "ATAK" helikopterləri almağa maraq göstərir. Bəzi məlumatlara görə, artıq müvafiq müqavilələr də bağlanıb. İndiyədək Türkiyənin Quru Qoşunlarına 50 ədəd, Jandarma Qüvvələrinə isə 6 ədəd "ATAK" T-129 helikopterləri təhvil verilib. Polis Təşkilatı isə 9 belə helikopter (xüsusi modifikasiya edilmiş) sifariş verib.

Ekspertlərə görə, Türkiyə polisinin hücum helikopterləri ilə silahlanması onun terrorla mübarizə imkanlarını xeyli genişləndirəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR