Rusiya hərbçiləri Qarabağdakı ermənilərə QƏLƏBƏ İMLASI diktə etdi... - BU NƏ HOQQADIR?

3-05-2021, 20:24 184 dəfə baxılıb

Azərbaycan Respublikasının Xankəndi şəhərində sülhməramlı adıyla yerləşmiş Rusiya hərbçiləri buradakı erməni müəllim və tələbələrə "Qələbə imlası” yazdırıblar.

"Stepanakert Universitetinin tələbələri və Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin hərbçiləri "Qələbə diktantı" aksiyasında iştirak etdilər”.

Moderator.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

"Bugünkü aksiyamız Böyük Vətən Müharibəsindəki Qələbənin ildönümünə həsr edildi. Məqsəd yerli əhalinin Böyük Vətən müharibəsi mövzusunu öyrənməyə marağını artırmaq idi. Bütün iştirakçılar tədbirə böyük maraq göstərdilər və əla nəticələr nümayiş etdirdilər” –deyə Humanitar Reaksiya Mərkəzinin zabiti, kapitan İvan Sergeyev bildirib.

"Əvvəla, yerli əhalinin tarixi yaddaşına uyğun xüsusi suallar seçdik, Böyük Vətən Müharibəsi Qəhrəmanlarını - Dağlıq Qarabağın yerli sakinlərini nəzərə almağa çalışdıq və bəzi sualları onlara həsr etdik”-deyə rus zabit əlavə edib.

Diktanın yazılmasında 50-yə yaxın 2-ci kurs tələbəsi, universitetin müəllim heyəti, habelə Rusiya sülhməramlı kontingentinin 10 hərbi əməkdaşı iştirak etdi.

Stepanakert Universitetinin prorektoru Vidik Iromişyan "Rusiya sülhməramlı qüvvələri ilə əməkdaşlıq sayəsində "Qələbə imlası” keçirilməsi təklifini qəbul etdik. Çünki bunun ortaq yaddaşımız, ortaq tariximiz olduğuna inanırıq. Gənc nəsil qəhrəmanlarımız haqqında, Zəfərimiz haqqında bilmək, tarixlərini bilmək məcburiyyətindədir" –deyə bildirib.

"Tədbirin sonunda tələbələr və müəllimlər imla yazmaqla yanaşı, Böyük Vətən Müharibəsi qəhrəmanları haqqında şeirlər də oxudular, sənədli hərbi kinoxronika kadrlarına baxdılar və 1941-1945-ci illərdə döyüş meydanında həlak olan yaxınları haqqında da danışdılar” –Rusiya MN-in rəsmi saytı yazır.

P.S....

Rusiya hərbçiləri Qarabağdakı ermənilərə QƏLƏBƏ İMLASI diktə etdi...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR