16 sentyabr 2026-cı il tarixində Milli Məclisin Astara–Lerik seçki dairəsi üzrə deputatı Vasif Qafarov XTQ-lərin əfsanəvi kəşfiyyatçıları — 32 ildən sonra antiterror əməliyyatından 7 gün əvvəl Xankəndiyə ilk ayaq basan Şərafəddin Xankişiyev (Xanış) və İdris İsayev ilə görüş təşkil edib.
Görüş zamanı deputat Vasif Qafarov onların keçdiyi döyüş yolları, hərbi xidmət illəri və yaşadıqları hadisələrlə maraqlanıb, kəşfiyyatçıların xatirələrini dinləyib. Görüş səmimi söhbət və qarşılıqlı hörmət şəraitində keçib.
Görüşün sonunda Təbrizə Pünhanın çap etdirdiyi, əfsanəvi kəşfiyyatçı Şərafəddin Xankişiyev haqqında hazırlanmış “Qəhrəmanın andı” kitabı millət vəkili Vasif Qafarova xatirə olaraq hədiyyə edilib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Vətənə xidmət edən insanların keçdiyi yol tariximizin bir parçasıdır.
loading...