Qəddafinin oğlu siyasətə qayıdır

2-08-2021, 20:00 131 dəfə baxılıb

Qəddafinin oğlu siyasətə qayıdırLiviyanın keçmiş rəhbəri Muammar Qəddafinin ikinci oğlu Seyfülislam Qəddafi  "The New York Times" nəşrinə müsahibə verib.

Verilən məlumata görə, müsahibə iki il yarımlıq danışıqlardan sonra Liviyanın Zintan kəndi yaxınlığında baş tutub.

Oğul Qəddafi liviyalı siyasətçilərin ölkəyə fəlakətdən başqa bir şey gətirmədiklərini bəyan edib.

"Pul yox, təhlükəsizlik yox. Yanacaqdoldurma məntəqəsinə gedin, orada da yanacaq yox. Neft-qaz ixrac edirik, İtaliyanın yarısını enerjiylə təmin edirik, amma özümüz qaranlıqdayıq. Bu fiaksodur", - deyə o bildirib.

Qəddafi bu ilin dekabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərində iştirakını da istisna etməyib.

 

"10 ildir liviya xalqından uzağam. Yavaş-yavaş geri dönmək lazımdır", - deyə vurğulayıb.

Qeyd edək ki, Seyfülislam Qəddafi  "London School of Economics"in məzunudur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR