Pakistanda zəlzələ qurbanlarının sayı artdı

22-03-2023, 10:54 54 dəfə baxılıb

Pakistanda zəlzələ qurbanlarının sayı artdı


Əfqanıstanda dünən axşam saatlarında baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində Pakistanda həyatını itirənlərin sayı artıb.

Zəlzələ Pakistanın Əfqanıstanla sərhədə yaxın Xeybər-Paxtunxva əyalətində güclü hiss olunub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 9-a çatıb, 160-dan çox insan isə yaralanıb. Ölənlər arasında 2 qadın və 2 uşaq da var.

Bundan əvvəl Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfərin həlak olması, ümumilikdə 4 nəfərin ölüdüyü məlum idi.

İndiyədək ştatda 19 evə qismən ziyan dəyib.
ABŞ Geoloji Xidmətinin verdiyi açıqlamada 6,5 ​​bal gücündə zəlzələnin episentrinin Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilib.

Zəlzələ Pakistanın paytaxtı İslamabad və Lahor, Ravalpindi, Kvetta, Pişəvər və bir çox başqa şəhərlərdə hiss olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR