"Wikileaks" saytının qurucusundan ABŞ və Almaniyanı qarşıdurmaya gətirəcək açıqlama

19-07-2015, 10:30 776 dəfə baxılıb

"Wikileaks" saytının qurucusundan ABŞ və Almaniyanı qarşıdurmaya gətirəcək açıqlama



















"Wikileaks" saytının qurucusu Culian Assanc ABŞ kəşfiyyatının Almaniya Baş naziri Angela Merkeli dinlədiyini sübut edən məlumat və sənədləri Almaniyanın tələb edəcəyi təqdirdə paylaşacağını söyləyib

azinfo.tv xəbər verir ki, Assanc "Der Spiegel" jurnalına verdiyi müsahibədə ABŞ Milli Təhlükəsizlik Qurumunun (NSA) dinləmə fəaliyyətləri mövzusunda Alman parlamentində aparılan müzakirələrdə şahidlik edə biləcəyini deyib.

ABŞ-a ekstradisiya edilmək təhlükəsi səbəbilə 2012-ci ildən bu yana sığındığı Londondakı Ekvador səfirliyindən bayıra çıxmayan Assanc Almaniyaya köməkik etmək istədiyini bildirib.

"Alman deputatların bu məsələdə bir şahidə ehtiyacı varsa, buraya gəlib mənə suallarını vermələrindən məmnun olaram."

ABŞ kəşfiyyatının Merkel və Almaniyanın yüksək vəzifəli digər siyasətçilərini dinlədiyini deyən Assanc, Birləşmiş Ştatların xüsusilə Almaniyanın iqtisadi siyasəti haqqında məlumat almağa çalışdığını qeyd edib.

"Əlimizdə alman siyasətçilərin, xüsusilə də baş nazir və xarici işlər nazirinin dinləndiyini göstərən sənədlər var. Bunlar arasında, bir müddət əvvəl yaydığımız, Merkelin yaxın ətrafındakı 56 yüksək vəzifəli şəxsin telefonlarının olduğu siyahı da var."


Qeyd edək ki, Wikileaks internet saytı tərəfindən iyulun əvvəlində yayımlanan dinləmə siyahısı iki ölkə arasında gərginliyə səbəb olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR