ABŞ-da da tacik ovu başlayır? – Ölkədə terror təhlükəsi elan olunub

21-06-2024, 05:31 24 dəfə baxılıb

ABŞ-da da tacik ovu başlayır? – Ölkədə terror təhlükəsi elan olunub


2020-ci ilin oktyabrından bəri Tacikistandan ən azı 1500 miqrant cənub sərhədindən ABŞ-a daxil olub.

Bu barədə New York Post məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədlərə görə, onlardan ən azı 500-ü 2024-cü ildə saxlanılıb. Bundan başqa, 2020-ci ildən əvvəlki 14 il ərzində Tacikistandan yalnız 26 nəfər ABŞ-ın cənub sərhədini keçib.

Amerikanın keçmiş antiterror rəsmisi Caved Əlinin “New York Post”a dediyinə görə, ABŞ-a gələn Tacikistan vətəndaşlarının sayının artması “İslam Dövləti” terror qruplaşmasının ABŞ-da terror aktları təşkil etməyi planlaşdırdığını göstərə bilər.

İyunun 19-da Fox News telekanalı təhlükəsizlik ekspertlərinin təhlilinə istinadən ABŞ-da, ilk növbədə Vaşinqton və Nyu-Yorkda terror aktı təhlükəsi barədə məlumat yayıb.(Musavat.com)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR