ABŞ və 4 ölkədən tarixi Rusiya qərarı

10-07-2024, 08:01 16 dəfə baxılıb

ABŞ və 4 ölkədən tarixi Rusiya qərarı


ABŞ və 4 Avropa ölkəsi Ukraynaya tarixi əhəmiyyət kəsb edən strateji və taktiki hava hücumundan müdafiə sistemi verəcək.

Bunu ABŞ prezidenti Co Bayden NATO-nun 75-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.

Rusiya prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağına diqqət çəkən Bayden deyib ki, onların dəstəyi ilə Ukrayna Putini dayandıracaq.

"Bu gün elan etmək istərdim ki, Ukraynanın hava hücumundan müdafiəsi üçün tarixi bir qərarı elan edəcəyik. ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq verəcək. Qarşıdakı aylarda ABŞ və tərəfdaşları Ukraynanı onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi ilə təmin edəcək", - Bayden deyib.

Bayden bildirib ki, indiyədək 350 mindən çox rus əsgəri ölüb, 1 milyona yaxın isə yaralanıb.

O həmçinin əlavə edib ki, çoxsaylı gənc ruslar özlərinə gələcək görə bilmədiyi üçün Rusiyanı tərk ediblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR