Təcili: Türkiyə ordusu Suriyaya girir - Davudoğlu Silahlı Qüvvələrə əmr verdi
![]()
Türkiyə Suriya ilə sərhəddə öz təhlükəsizlik qurşağını qurmaq üçün bu ölkəyə girir
azinfo.tv xəbər verir ki, bu haqda Türkiyə telekanalları məlumat yayıb.
Məlumata görə, Çankaya köşkündə keçirilən təhlükəsizlik sammitində Suriyaya hərbi müdaxilə variantı müzakirə olunub. Türkiyə Silahlı Qüvvələrinin Suriya torpaqlarına, Cerablusa girmə planının masada olduğu öyrənildi.
Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən "Suriya böhranı" toplantısında müharibə kartının müzakirə edildiyi bildirilir.
Plana görə, sərhədə yaxın ərazilərdəki İŞİD və PKK-nın hədəfləri vurulacaq və bu ərazilər adı çəkilən qruplaşmalardan azad ediləcək.
Xəbərə görə, Silahlı Qüvvələrin komandanlığı hökumətin əmr edəcəyi təqdirdə Suriyaya girməkdə problem görmədiklərini bildirib. Baş nazir Davudoğlu əməliyyatın bir an əvvəl həyata keçirilməsində israr edincə Silahlı Qüvvələr hökumət rəhbərindən yazılı əmr istəyib.
Baş nazirin mənbələrinin verdiyi məlumata görə, artıq Cerablusa müdaxilə üçün Əhməd Davudoğlu yazılı göstərişi Baş Qərargaha göndərib.
Hələlik hökumət məsələylə bağlı açıqlama verməyib,