İzmirdə polis bölməsinə silahlı hücum - Ölənlər var

8-09-2025, 07:53 27 dəfə baxılıb

İzmirdə polis bölməsinə silahlı hücum - Ölənlər var


İzmirin Balçova rayonunda polis bölməsinə silahlı basqın edilib.

Türkiyə mətbuatı xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı ölüb, 1-i isə ağır yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və xüsusi əməliyyat qrupları göndərilib.

Cinayəti törədən şəxsin 16 yaşında olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslə bağlı araşdırma aparır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR