BƏƏ-də qadını ərinin telefonuna görə deportasiya etdilər

19-05-2016, 10:29 548 dəfə baxılıb

BƏƏ-də qadını ərinin telefonuna görə deportasiya etdilər















Təqsirləndirilən şəxs ərəb əsilli ekspatdır

Birləşmiş Ərəb Əmirliklərində qadın ərinin telefonun yoxlayaraq onun şəxsi həyatının gizliliyini və kibercinayət haqqında qanunu pozduğuna görə cərimə olunaraq ölkədən deportasiya edilib, BBC xəbər verir.

Yerli KİV yazır ki, qadın ərindən şübhələndiyi üçün onun telefonunu yoxlayıb. Lakin sonradan ər bu hərəkətə görə arvadından polisə şikayət edib.

Məhkəmə zamanı qadın ərinin icazəsi olmadan onun telefonundan istifadə etdiyini və müxtəlif şəkilləri öz mobil telefonuna göndərdiyini etiraf edib.

Qeyd olunur ki, təqsirləndirilən şəxs ərəb əsilli ekspatdır. Deportasiyadan əlavə, o 150 min dirhəm (28 min avro) məbləğində cərimə olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR