Türkiyədə fahişəlik edən gürcüstanlı məmur-xanımlar saxlanıldı

23-11-2015, 13:15 625 dəfə baxılıb

Türkiyədə fahişəlik edən gürcüstanlı məmur-xanımlar saxlanıldı











Rizənin Fındıqlı rayon Polis İdarəsi Əxlaq Büro Rəisliyi briqadaları təxminən üç aydır davam etdirilən təqibdən sonra təyin olunan otel və gecə klublarında əməliyyat keçiriblər

Türkiyə mediasının verdiyi xəbərə görə, əməliyyatda fahişəliyə vasitəçilik etdikləri iddiasıyla bir Gürcüstan əsilli qadın və iki otel əməkdaşı ilə fahişəlik etdikləri bildirilən Gürcüstan əsilli 6 qadın saxlanılıb.

Tibbi müayinədən sonra polisə aparılan əcnəbi əsilli qadınların bəzilərində yoluxucu xəstəlik riski olduğu öyrənilib. Əcnəbi əsilli qadınlar, deportasiya əməliyyatları üçün Vilayət Miqrasiya İdarəsinə göndərilib, digər şübhəlilər isə Pazar Ədliyyəsinə aparılıblar. Digər tərəfdən, Gürcüstan əsilli qadınlardan bəzilərinin ölkələrində dövlət işçisi olduqları öyrənilib. modern.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR